Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məktəbdə YANĞIN: şagird və müəllimlər təxliyə edildi

Tarix: 05-12-2024 14:20     Baxış: 4116 A- / A+

Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə yanğın baş verib.
Manevr.az xəbər verir ki, yanğına səbəb qısa qapanma olub.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yanğın məktəbin 3-cü mərtəbəsində naqillərin paylanma qutusunda və kabel xətlərində yaranan qısa qapanma nəticəsində yaranıb.
"Məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagird və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.
Onların səhhətində hər hansı bir problem yaranmayıb.
Bildiririk ki, təhsil müəssisəsinin elektrik sisteminə ciddi ziyan dəyib. Təhlükəsizliyi və tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.
Hazırda müvafiq təhsil sektorunun rəhbərliyi və əməkdaşları təhsil müəssisəsindədirlər", - açıqlamada qeyd olunub.modern.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar