Xəbər lenti
Məktəblərdə dərslər saat 9-da başlayacaq? - AÇIQLAMA
Son günlər valideyinlər məktəbdə dərslərin tez başlamasından şikayət edir. Belə ki, ibtidadi sinifdə oxuyan şagirdlərin səhər tezdən dərsə getməyə gücünün olmadığını bildirən valideyinlər dərs saatlarının gec başlamasını təklif edir. Bəs görəsən bu təklif reallaşa bilərmi?Təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, "Mən düşünürəm ki, dərslər 9-da başlaya bilər. Lakin, bəzi valideyinlər övladlarını saat 8-də məktəbə qoyub işə gedirlər. Onlara da dərslərin saat 9-da başlaması sərf etmir. Buna görə də, əgər dərs saat 9-da başlasa, tez gələn şagirdlərə dərs başlayana qədər nəzarət edəcək birinə ehtiyac olacaq. Yəni dərslər saat 9-da da başlasa, məktəb şagirdləri saat 8-də də qəbul edə bilməlidir. Məktəblər şagirdlərin təhsil zamanı rahatlığını da nəzərə almalıdır. Bu, da ilk olaraq səhər yuxudan oyanmaqdan başlayır. Qışda şagirdlər səhər saat 8-də dərsdə olmaq üçün qaranlıqda, dan yeri sökülmədən yola çıxmalı olur. Bu da onlar üçün çox çətindir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























