Manevr.az xəbər verir ki, o həmin musiqini dəstəkləyərək şagirdlərlə birgə qol qaldırıb oynayıb. Hadisə sosial şəbəkələrdə böyük narazılığa səbəb olmuşdu.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə milli.az-a bildirilib ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.
"Məhkəmə prosesi hazırda davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək".
Qeyd edək ki, MÜTDA-nın "Son Zəng" tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.