Xəbər lenti
Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq
Manevr.az Modern.az-a istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva məsələ ilə bağlı danışıb.
O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: "Ötən il hansı model tətbiq olunubsa, yenə də eyni olacaq”.
Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq:
"Bu, yeniliklərdən biridir, burada 3 mətn cəmi 1-2 cümlədən ibarət olacaqlar. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə, bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür".
"Xarici dil imtahanı üzrə 26 sual düşəcək ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq. Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun qiymətləndirilməsi isə fərqlidir”, - A.Batıyeva əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































