Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtın mərkəzində yerləşən təhsil ocağının dərdini kimə deyək? - NARAZILIQ

Tarix: 13-11-2024 19:14     Baxış: 2789 A- / A+
Manevr.az Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət  məktəbinin bir qrup müəllimi tərəfindən redaksiyanın elektron poçtuna göndərilən məktubu təqdim edir:
"Bildiririk ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin  tabeliyində olan Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət  məktəbində uzun zamandır yaranan və həllini hələ də tapmayan məsələlər yenə gündəmdədir.

Bu məsələlərlə bağlı dəfələrlə idarənin rəis müavini Həsrət Şabilinin  qəbulunda  olaraq problemlərimizi onun diqqətinə çatdırmışıq. Lakin sonradan məlum olur ki, elə məktəbin bu vəziyyətə gəlib çıxmasında birbaşa əli olan Həsrət Şabili məktəb daxilində bir qrup müəllimi rəhbərliyə qarşı qoyaraq, şər və böhtanlar  atdırmışdır. Keçmiş direktordan haqsız narazı olan müəllimlərin dərs yükünü artıraraq Həsrət Şabilinin tərəfində olmanın mükafatıymış kimi, digər müəllimlərə dırnaq arası “dərs” verib. 

Hər kəsə bəllidir ki, bu işləri Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin direktoru Vaqif Süleymanov və müavini Aydan Quliyevanın əli ilə görür. Son vaxtlar keçmiş direktordan şikayətçi müəllimlər işə gəlmədikdə, xüsusilə Cahan Əliyeva məktəbdə soruşanlara  “Həsrətdən icazə almışam” deyə cavab verirlər. İdarə rəisinin müavini ilə yaranan bu səmimiyyət məktəb kollektivində böyük çaxnaşmaya səbəb olub. Təhsil ocağının bazara çevrilməsində birbaşa əli olan Həsrət Şabili hələ də məktəbi daha necə bərbad hala gətirəcəyi üçün hər gün yeni sifarişlər verir. Bu sifarişləri isə Vaqif Süleymanov və Aydan Quliyeva şəxsən özləri yerinə yetirir.

Günü-gündən gözəlləşən şəhərimizdə keçirilən tədbirlərdə iştirak etmək bizim üçün qürurvericidir. Lakin icra hakimiyyətinin təşkil etdiyi tədbirdə rəqs müəllimi və kollektivinin iştirak etməsi idarə müavininin qəzəbinə səbəb olmuşdur.
Müəllimlərə dərs yükünün verilməsi prosesi isə dərindən araşdırılmalıdır. Çalışdığı dövr ərzində heç bir nailiyyəti olmayan müəllimlərin dərs saatı həddindən artıq çoxalıb,  nailiyyəti olan müəllimlərin isə dərs saatı azaldılıb. Misal olaraq,  məktəbin müəlliməsi Cahan Əliyeva məktəbdə dərs saatı azalan müəllimlərə deyir ki, “siz də bizim komandaya qoşulsaydınız, indi yaxşı dərs yükünüz olardı”. Diqqətinizə çatdırırıq ki, çalışdığı illər ərzində heç bir nailiyyəti olmayan, orta təhsilli Cahan Şaban Əliyevanın dərs yükünü Həsrət Şabili 30 saat etdirmişdir.

Biz hüquqi dövlətdə yaşayırıq,  hər birimizin  hüquqları və mənafeləri qorunur.  Heç kim vəzifəsindən sui-istifadə edə bilməz və qarşısındakı insanı tutduğu mövqeyə görə alçalda bilməz. Buna baxmayaraq, dövlət qulluqçusu, idarənin rəis müavini Həsrət Şabili tutduğu vəzifəsindən sui-istifadə edərək insanları alçaldır və  “Mənim arxam var, heç kim mənə heç nə edə bilməz”, deyir. Məktəbin müəlliməsinə “Sən bilirsən mən kiməm? Get maraqlan qəbulumda olan müəllimlərdən”  kimi ifadələr işlədir.

Sumqayıt şəhərində fəaliyyət göstərən yeni təmirli, adı çəkilən musiqi məktəbinin təhsili və fəaliyyəti hər zaman hər kəsin diqqətini cəlb edib. Təzə təcizahatlarla təmin olunmuş məktəbə həddindən artıq şagird axınının olduğunu nəzərə alsaq, burada ölü şagird  olması fikri gülüncdür. Məktəbin fəaliyyətini daha da iflic vəziyyətə gətirmək üçün birinci qeydiyyatdan keçib, ikinci qeydiyyatdan müəyyən, üzrlü səbəblərə görə keçə bilməyən,  konsert və müsabiqələrdə fəal iştirak edən 61 şagirdi ölü can adı ilə məktəbdən çıxarmış və şikayətə gedən valideynlərə hədə -qorxu gələrək kobud şəkildə yola salmışlar. Bu qədər şagirdin məktəbdən çıxmağı dərs yükünün aşağı düşməsinə səbəb olmuşdur. Bilmək istəyirik ki, bu qeydiyyat niyə məhz bu məktəbdə keçirilir, məktəbi daha hansı faciələr gözləyir? Təhsil ocağını bazara çevirən, hələ də olanlara qane olmayan rəis müavini Həsrət Şabilinin məqsədi nədir görəsən?  Hər zaman təhsili ilə seçilən Sumqayıt şəhərinə edilən belə qəsd! Məktəbin fəaliyyətini daha da aşağı salmaq!

Günü-gündən  inkişaf edən, cənab Prezidentin diqqətində olan Sumqayıtın mərkəzində yerləşən təhsil ocağının dərdini kimə deyək? Problemlərini, həlli yolunu kimdən gözləyək? Xahiş edirik, aidiyyatı qurumlar, müqəddəratımızı mədəniyyətimizin səviyyəsini aşağı salan Həsrət Şabili kimi qeyri-ixtisas işçilərinin ixtiyarına buraxmayın", məktubda qeyd edilir.

Çox hörmətlə,
məktəbin müəllimləri - Nailə Qubad qızı Namazova,
Sevinc Adil qızı Muradova, Ziyafət Nüsrəddin qızı Məmmədəliyeva,
Leyla Zülfüqar qızı Şahpələngi, Elvin Fərhad oğlu Möhsünov.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar