Xəbər lenti
Bir qrup Azərbaycan, Çin və Qazaxstan alimlərinin çoxprofilli Elmi Kəşfləri Almaniyada qeydiyyatdan keçib
Rahim Daşdiyev
Professor
Ümummilli Liderimiz Heydər Əliyevin dünyada analoqu olmayan müdrik və uzaqgörən siyasəti nəticəsində SSRİ zaman və məkanında Rusiya, Ukrayna və digər respublikalarda Azərbaycan üçün ölkəmizdə olmayan ixtisaslar üzrə Elmi- Kadrların Məqsədyönlü Hazırlanması Strategiyasından bəhrələnən çoxsaylı alimlər sırasında Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, 100-ə yaxın patent müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş çoxsaylı elmi kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan, Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi”, Almaniyada ATEA prezidenti tərəfindən görkəmli elmi nəticələrinə görə “Wilhelm Leibniz” və “Alexandervon Humboldt” medalları ilə təltif edilmiş, Almaniyadan Elmi Kəşflərlə bağlı ölkə Prezidentinə nailiyyətləri haqqında mütəmadi olaraq rəsmi məlumat daxil olan Rahim Abas oğlu Daşdiyevin “Bir qrup Azərbaycan, Çin və Qazaxstan alimlərinin çoxprofilli Elmi Kəşfləri Almaniyada qeydiyyatdan keçib” adlı aktual silsilədən olan növbəti yazını Manevr.az saytının oxucularına təqdim edirik.
Almaniyada Avropa Təbiət Elmləri Akademiyasının elmi kəşflərin qeydiyyatı üzrə Beynəlxalq ekspert şurasının 05.10.2023-cü il tarixli qərarı ilə professor Rahim Daşdiyevin rəhbərliyi altında bir qrup Azərbaycan, Çin, Qazaxstan alimlərinin “Su-neft və neft-su emulsiyalırının eyni zamanda parçalanma hadisəsi” adlı çoxprofilli Elmi Kəşfləri ilə bağlı müəlliflər ingilis dilində tərtib edilmiş Diplomlarla təltif edilmişlər. Aşağıda Diplomda təsvir edilən kəşf formulasının azərbaycan dilinə tərcümə variantı təqdim edilir:
Elmi Kəşf formulası
Kristal maye, molekuldaxili bloklararası fəallıq və molekuldaxili daimi nanomühərrik xassələrinə malik polinanoquruluşlu etilen və propilen oksidlərin blok sopolimer tipli oksietilen efirlərinin homoloq-oliqomer mənbəyi olan SFM (səthi-fəal maddə) - deemulqatorların neftin ilkin hazırlanması şəraitində xam neftə dozalanması zamanı ən çox hidrofob oliqomer homoloqların həmçinin kristal maye təbiətli yüksək davamlılığa malik nanodispers fazalı su-neft emulsiyalarında, ən çox hidrofil olanların isə neft-su emulsiyalarında yenidən paylanması nəticəsində nəzəri əsaslandırılmaqla və təcrübi təsdiqlənməklə əvvəllər məlum olmayan su-neft və neft-su emulsiyalarının eyni zamanda parçalanması hadisəsi baş verir. Göründüyü kimi “Su-neft və neft-su emulsiyalarının eyni zamanda parçalanma hadisəsi” adlı kəşf formulasında və müvafiq bəyanat materialında müəlliflər tərəfindən çoxsaylı digər potensial Elmi Kəşf elementləri təsvir edilmişdir:
“Su-neft və neft-su emulsiyalarının eyni zamanda parçalanma hadisəsi"ni təmin edən hadisələr: etilen və propilen oksidlərin blok sopolimer tipli oksietilen efirlərinin homoloq-oliqomer mənbəyi olan SFM (səthi-fəal maddə) - deemulqatorların neftin ilkin hazırlanması şəraitində xam neftə dozalanması zamanı, ən çox hidrofob oliqomer homoloqların su-neft emulsiyalarında, ən çox hidrofil olanların isə neft-su emulsiyalarında yenidən paylanma hadisələri (kəşf formulası);
Çoxbloklu SFM nanodeemulqatorların polinanoquruluş xassəsi (kəşf formulası);
Çoxbloklu SFM nanodeemulqatorlar üçün maddənin kristallik-maye (KM) hibrid aqreqat halı xassəsi (kəşf formulası);
Su-neft və neft-su emulsiyalarının nanodispers fazaları üçün maddənin amorf-maye (AM) hibrid aqreqat halı xassəsi (kəşfin bəyanat materialı);
Monobloklu SFM-lərdən fərqli olaraq, polibloklu SFM deemulqatorlar üçün molekuldaxili bloklararası fəallıq xassəsi və məhz bu xassənin SFM-deemulqator meyarı olması qanunu (kəşf formulası);
Çoxbloklu SFM nanodeemulqatorlar üçün molekuldaxili daimi nanomühərrik xassəsi;
Su-neft və neft-su emulsiyalarının nanodispers fazaları üçün maddənin kristallik-maye (KM) hibrid aqreqat halı xassəsi (kəşf formulası);
Su-neft və neft-su emulsiyalarının nanodispers fazaları üçün maddənin amorf-maye (AM) hibrid aqreqat halı xassəsi (kəşfin bəyanat materialı);;
Hibrid aqreqat hallarının müvafiq qarışıqlar durumunda mövcud olmaları və hər bir hibrid aqreqat halının adlanmasında kütlə payı dominant olan faza adının birinci qeyd edilməsi (kəşfin bəyanat materialı); Qeyd edilən elmi kəşflərlə bağlı maraq nümayiş etdirən nüfuzlu ABŞ jurnallarının birində 2023-cü ilin son nömrəsində müəlliflərin elmi məqaləsi dərc edilmişdir.
Professor R.A.Daşdiyevin həmmüəllifi olduğu Elmi Kəşflərinin tətbiqindən əldə edilən iqtisadi səmərə 32 milyon ABŞ dolları tərtibində olmaqla yanaşı, innovasiya təbiətli nanotexnologiyalar istiqamətində tədqiqatlar davam etdirilir. Professor Rahim Daşdiyevin Elmi Kəşflər bazasında yeni texnologiyalar ın yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail olunmasında əsas meyar hesab etdiyi mötəbər mənbələr: Ümummilli Liderimiz Heydər Əliyevin alimləri dəyərləndirmə bəyanatı: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalarla bağlı bəyanatı: “Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiy aları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaran malıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar