Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçmirlər - SƏBƏB NƏDİR?

Tarix: 02-11-2024 21:40     Baxış: 447 A- / A+
Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi bilik və bacarıqların öyrədilməsi məqsədilə ana dili, riyaziyyat, ədəbiyyat, tarix və digər vacib fənlər tədris olunur. Bunlardan biri də biologiyadır. Təəssüflər olsun ki, bir sıra müəllimlər biologiya fənninə aid olan bəzi dərsləri şagirdlərə keçmirlər. Bunlar daha çox insan anatomiyası və cinsiyyət sistemi ilə bağlı olan dərslərdir. Bəs buna səbəb nədir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin orta məktəblərdə cinsiyyətlə bağlı dərsləri keçməməsinin bir neçə səbəbi ola bilər:

"İlk növbədə mədəni və ictimai təzyiq faktoru var. Cəmiyyətin konservativ dəyərləri və cinsiyyət mövzularına dair tabular, müəllimlərin bu dərsləri keçməsini çətinləşdirən səbəblərdir. Xüsusilə də bu, bölgələrdə özünü daha çox büruzə verir".
G.Əkbərovanın sözlərinə görə, məktəblərdə tədris olunan fənlərdə cinsiyyət bərabərliyi və cinsiyyət mövzuları tədris proqramında öz əksini yetəri qədər tapa bilmir:
"Müəllimlərin cinsiyyət bərabərliyi və cinsiyyət mövzularında kifayət qədər biliklərin olmaması, mövzuya daha düzgün yanaşmanı bilməməsi də bu dərslərin keçirilməməsinə səbəb olur. Bəzən də valideynlər cinsiyyətlə bağlı dərsləri mənfi qarşılayırlar, bu da müəllimlərin həmin mövzuda danışmağını çətinləşdirir. Bu amillər cinsiyyət bərabərliyinin və anlayışının düzgün aydınlaşdırılmasını əngəlləyə bilər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar