Xəbər lenti
17 min bağça müəllimi sertifikasiyadan keçəcək
"Diaqnostik qiymətləndirilmənin nəticələri pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edəcək".
Manevr.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.
Eşqi Bağırov bildirib ki, ilk dəfə məktəbəqədər təhsil müəssisələrində 13 000 nəfər üçün diaqnostik qiymətləndirilmə keçirildi:
"Mərkəzləşmiş işə qəbulla təyin olunan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. 2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub.
Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilib. İlk dəfə keçirilən diaqnostik qiymətləndirilmədə 13 000 nəfərə yaxın tərbiyəçi-müəllim iştirak edib. Diaqnostik qiymətləndirilmənin məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçündür. İlk növbədə , qeyd edək ki, mərkəzləşmiş işə qəbulla təyin olunan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
Prosesin test mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub.
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məktəbəqədər təhsil səviyyəsinin daha da yüksəldilməsi baxımdan böyük əhəmiyyətə malikdir. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyət ildən-ilə yenilənən və inkişaf edən dövrün tələblərinə uyğunlaşmalıdır. Bu isə son nəticədə təlim-tədris prosesinin keyfiyyətini artırmış olacaq.
Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib və seminarlar təşkil olunub. Məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti – tərbiyəçi-müəllim və metodistlər üçün 2024-cü ilin iyulun 22-si və avqustun 29-da onlayn sınaqlar həyata keçirilib. Bununla yanaşı Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən pedaqoji heyət üçün 6 onlayn seminar həyata keçirilib. Keçirilən təlimlər və sınaqlar pedaqoji heyətin diaqnostik qiymətləndirilməyə hazır olmaları üçün xüsusi mərhələdir. Onlayn sınaqlar tərbiyəçi-müəllimlər və metodistləri bir növ prosesə hazırlayaraq onların diaqnostik qiymətləndirilmə prosesinə daha hazırlıqlı olmalarına şərait yaratdı. Bu praktik addımların daha da artırılması və təkmilləşdirilməsi qarşıda duran hədəflərdəndir. Bütün bu tədbirlər dünya təcrübəsinə əsaslanaraq, məktəbəqədər təhsil sahəsində innovativ siyasət yürüdən ölkələrin ənənəsindən bəhrələnərək həyata keçirilir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar