Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyliyə yeni vəzifə verilib.
Manevr.az xəbər verir ki, o, Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru vəzifəsinə gətirilib.
Baş redaktor Azərbaycan Milli Ensiklopediyasının məzmununa, elmi səviyyəsinə, materialların vaxtında hazırlanmasına ümumi rəhbərliyi həyata keçirir. O, həmçinin nəşrdə veriləcək məqalələrin hazırlanmasına yüksək ixtisaslı alim və mütəxəssislərin cəlb olunmasını təmin edir, nəşrlə bağlı sözlüklərin və metodiki vəsaitlərin müzakirəsini həyata keçirir, habelə onları təsdiq edir, həmçinin məqalə və materialların elmi səviyyəsini müəyyən edir, vaxtında hazırlanmasını təmin edir.
Qeyd edək ki, İsa Həbibbəyli əvvəllər Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavini olub. Əvvəllər Baş redaktor vəzifəsini isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə tutub.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar