Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özəl bağçalarda təhsil haqqının 250 manatını dövlət ödəyəcək

Tarix: 24-10-2024 10:23     Baxış: 447 A- / A+


Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb.
Manevr.az xəbər verir ki, müsabiqədə növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.
Nəticədə sözügedən bağçalarda uşaqlarını qeydiyyatı başlayıb. Özəl bağçalara yerləşdirilmiş uşaqların valideynləri tələb edilən sənədləri bağçaya təqdim etməli və iki tərəf arasında təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmalıdır.
Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən başlayacaq 1 noyabr saat 17:00-dək davam edəcək.
Qeyd edək ki, bu yeniliyin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqların seçilmiş özəl bağçalardakı boş qalan yerlərə cəlb edilməsidir. Bu zaman uşaqların bağçadakı təhsil haqqının bir hissəsini dövlət ödəyəcək. Belə ki, müsabiqədə seçilmiş özəl bağçalarda bu müsabiqə nəticəsində cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatı qrant hesabına qarşılanacaq, yəni dövlət ödəyəcək, qalan məbləği isə valideyn ödəyəcək.
Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar