Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Universitetlər distant təhsilə hazırdır?

Tarix: 23-10-2024 10:03     Baxış: 564 A- / A+
Azərbaycanda 11-22 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirlərin keçirilməsi ilə əlaqədar tələbələr distant təhsil alacaqlar. Nazirlər Kabinetinin qərarına görə, Bakı, Abşeron və Sumqayıtda ali, orta ixtisas və peşə məktəblərində dərslər onlayn formada keçiriləcək.

Bildiyimiz kimi, koronavirus pandemiyası zamanı da infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə bütün təhsil ocaqlarında təhsil distant formada təşkil edilmişdi. Lakin həmin vaxt bununla bağlı bir sıra problemlər yaşandı. Bu problemlər əsasən internetin sürəti və keyfiyyəti, tələbə və şagirdlərin hamısında kompüter, planşet və telefonların olmamasından irəli gəlirdi.

Bəs indi necə təhsil sistemi distant təhsilə tam hazırdımı?

Manevr.az
-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, dərslərin distant formada keçiriləcəyi təhsil müəssisələrində bununla bağlı plan hazırlanıb:
"Nazirlər Kabinetinin müvafiq qərarı ilə 12-22 noyabr tarixlərində COP29 tədbirinin keçirildiyi müddətdə ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən peşə təhsili müəssisələrində təhsil distant təhsilə keçirilib. Tədrisin onlayn formada həyata keçirilməsi forması bizdə pandemiya dövründən də var.

Öncədən bəlli olduğu üçün bütün ali təhsil müəssisələri müvafiq proqramlar üzərindən hansı tədbirlərin görüləcəyi ilə bağlı müvafiq tədbirlər planı qəbul edib. Nazirlər Kabinetinin qərarı avqust ayının 1-dən verildiyi üçün keçən müddət ərzində bütün ali təhsil müəssisələrində bununla bağlı məlumat var”.

O bildirib ki, 4 il öncə ilə müqayisədə internetin keyfiyyəti yaxşılaşıb:

"Distant təhsil həyata keçirəcək təhsil müəssisələrində tədris qəbul edilmiş tədbirlər planına uyğun olaraq həyata keçiriləcək. Düşünürəm ki, çətinlik, sıxıntı olmayacaq və hazırda 4 ildən bundan öncəki zamanla müqayisə etsək ölkədə internetin sürəti, keyfiyyəti nəzərə çarpan dərəcədə yaxşılaşıb. Ona görə də pandemiyada dövründə olan müəyyən çətibliklərin artıq olmayacağını düşünürəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar