Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Güzdək məktəbinin uğurları ilə bağlı məzun-professor Rahim Daşdiyevin xatirələri

Tarix: 09-10-2024 19:28     Baxış: 3760 A- / A+
 1942-1989-ci illərdə Güzdək qəsəbə orta məktəbinin direktoru olmuş, Böyük Vətən Müharibəsinin II dərəcəli əlili, Azərbaycanın Qabaqcıl Maarif Xadimi, SSRİ Maarif Əlaçısı Abas Baba oğlu Daşdiyev Güzdək qəsəbə orta məktəbinin 1968-ci il məzunu, Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, bp Azərbaycan şirkətində 20 il müddətində Ekologiya üzrə 8 nəfər yerli alimlərdən ibarət işçi qrupun üzvü və rəhbəri olmuş, 8 kitab (ikisi ingilis dilində), 100-ə yaxın patent müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi”, Almaniyada isə ATEA prezidenti tərəfindən “Wilhelm Leibniz” və “Alexander von Humboldt” medalları ilə təltif edilmiş, Elmi Kəşflərlə bağlı Almaniyadan ölkə Prezidentinə nailiyyətləri haqqında mütəmadi olaraq rəsmi məlumat daxil olan Rahim Abas oğlu Daşdiyevin “Güzdək məktəbinin uğurları ilə bağlı məzun- professor Rahim Daşdiyevin xatirələri” mövzusunda aktual silsilədən olan növbəti yazını Manevr.az oxucularına təqdim edirik.

1922-ci il təvəllüdlü, Böyük Vətən Müharibəsinin II dərəcəli əlili, Azərbaycanın Qabaqcıl Maarif Xadimi, SSRİ Maarif Əlaçısı, ixtisasca tarixçi olan mərhum direktor Abas Baba oğlu Daşdiyevin rəhbərlik etdiyi pedoqoji kollektivdə 1921-ci il təvəllüdlü Böyük Vətən Müharibəsinin II dərəcəli əlili, ibtida sinif müəllimi mərhum Sultan Kərəm oğlu 1976-cı ildə “Şərəf nişanı”, 1981-ci ildə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilmiş və 1987-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Sultan müəllimin ibtidi siniflərdə yeni tədris metodlarına həsr olunmuş məqalələri Respublika və İttifaq miqyasında nüfuzlu jurnallarda dərc edilmişdir. Məzun-professor Rahim Daşdiyevin dedyinə görə Sultan müəllim ilk dəfə olaraq serial nağılların müəllifi kimi, onlara 4-cü sinifdə dərs dediyi müddətdə (1961-1962 dərs ili) əmək və müsiqi dərslərində “Yarımcan” adlı detektiv sujetli nağıl söyləmişdir və şagirdlər xüsusi maraq və həyəcanla nağılın növbəti seriyasını gözləyirdilər. Professor çox heyfsələnir ki, o zaman Sultan müəllimin “Yarımcan” serial nağılı maqnitofona yazılmayıb...

Direktor A.B.Daşdiyevin rəhbərlik dövrünün məzunları sırasında: 3 elmlər doktoru, professorlar Rahim Daşdiyev, Rasim Bəşirov, Mütəllim Mütəllimov, 2 fəlsəfə doktoru, 29 il Güzdək qəsəbə məktəbində riyaziyyat müəllimi, daha sonra isə SOCAR İnstitunda aparıcı elmi işçi vəzifəsində işləmiş texnika elmlər namizədi, Güzdəyin ilk qadın alimi Nazilə Daşdiyeva və ixtisasca iqtisadçı olan, iqtisad elmlər namizədi Abdulla Məlikrzayev; Texniki Universitetdə komsomol komitəsinin katibi, daha sonra prorektoru, Xəzər Dövlət Gəmiçilik Akademiyasının rektoru, Salyan rayonunun İcra Başçısı kimi məsul vəzifələrdə işləmiş professor Rasim Bəşirov; Azərbaycan Neft və Kimya İnstitutunu, Ali Partiya Məktəbini, Moskvada SSRİ Daxili İşlər Nazirliyi Akademiyasını fərqlənmə diplomları ilə bitirmiş, uzun illər partiya işlərində (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifədə; Qaradağ rayon patiya komitəsinin II katibi vəzifəsində) və Azərbaycan Respublikasının DİN strukturlarında polis rəisi və s. rəhbər vəzifələrdə işləmiş mərhum polis polkovniki Baba Daşdiyev; Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində təcridxana rəisi vəzifəsinə qədər yüksələn mərhum yüksək rütbəli Fazil Daşdiyev; Azərbaycan Respublikasının Əməkdar müəllimi, tarixçi mərhum Oqtay Xəlilov (uzun illər Güzdək məktəbində müəllim işləməklə yanaşı, qəsəbə sovetinin sədri vəzifəsində də uğurlar qazanmışdır); müəyyən bir dövrdə bir sıra Azərbaycan filmlərinin rəssamı olmuş mərhum Nizami Bəydəmirov; Lənkəran Dövlət Dram Teatrının ilk aktyorlarından biri olan Həsən Hacağayev (hal-hazırda Güzdək bələdiyyəsinin sədri); 30 il 23 saylı Birləşmiş şəhər xəstəxanasının Baş Həkimi vəzifəsində işləmiş mərhum Rəsul Baxşəliyev; M. Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsində uzun illər xidmət etnəklə yanaşı, yaşadığı Güzdək qəsəbəsinin demək olar ki, əksər ailələrinə zəruri hallarda mürəkkəb xəstə durumlarında gecə-gündüz təmənnasız olaraq, öz vəsaiti hesabına yardım göstərməklə xeyriyyəçilik fəaliyyətinə görə həmişə böyük ehtiramla yad edilən və ruhuna rəhmət duaları oxunan mərhum həkim Rəhim Ələsgərov; Xəzər Dövlət Gəmiçilik İdarəsində uzun illər məsul vəzifələrdə işləmiş Ağamirzə Məlikrzayev; Respublikanın neft sənayesində rəhbər vəzifələrdə işləmiş mərhum Ağalar Heydərov; Əksər sürücüləri Güzdəkli olan Puta yükdaşıma qarajında 30 ilə yaxın Baş mühəndis vəzifəsində işləmiş Azər Daşdiyev; Uzun illər Güzdək qəsəbə sovetinin sədri, Abşeron rayon İcra Başçısının Güzdək qəsəbəsi üzrə icra nümayəndəsi vəzifələrində uğurlar qazanan mərhum Bilal Xəlilov; Xeyriyyəçi-sahibkar olaraq Güzdək məscidini əsaslı şəkildə təmir etdirən hacı Böyükağa; Qaradağ rayonunda uzun illər texniki-peşə məktəbinin direktoru işləmiş mərhum Əsgər müəllim; Qaradağ rayonunda müxtəlif rəhbər vəzifələrdə işləmiş Məhəmməd müəllim; Uzun illər Dəmir Yolu İdarəsində məsul rəhbər vəzifələrdə işləmiş mərhum Bəydəmir Bəydəmirov; Güzdəyin ilk zərgəri, Bakı şəhərinin mərkəzində yerləşən zərgərlik sexində uzun müddət fəaliyyəti ilə məşhurlaşan və Güzdəkdə özünün şagirdlərini yetişdirən Rəşid Baxşəliyev; 1981-ci ildə professor R.A.Daşdiyevin fərdi tələbəsi olaraq, Gəncə şəhərində keçirilən Respublika kimya olimpiadasının çempionu olmuş Fəxrəddin Orucov (hal-hazırda Abşeron rayon İcra Başçısının Güzdək qəsəbəsi üzrə icra nümayəndəsi); bp Azərbaycan şirkətində məsul vəzifələrdə işləmiş, hal-hazırda isə xarici dillər üzrə beynəlxalq standartlar səviyyəsində təlim keçən “Vision Academy” şirkətinin rəhbəri Anar Daşdiyev; bp Azərbaycan şirkətində uğurlar qazanan Rəşad Ələsgərli; Xəzər Dövlət Gəmiçilik İdarəsində gəmi kapitanı vəzifəsində çalışan Vüqar Məlikrzayev; cəzaçəkmə müəssisəsində rəhbər vəzifədə işləyən mayor Nazim Zülfüqarovu və başqalarını göstərmək olar. 2014 və 2015-ci illərdə Güzdək məktəb tarixində rekord olaraq 621 və 601 bal toplayan müəllimə Aidə xanımın övladları, bacı-qardaş Zeynəb Məmmədəliyeva və Nicat Məmmədəliyev Bakı Mühəndislik Universitetində təhsil alaraq, bakalavr və magistr dərəcələri almışlar. 1927-ci ildən fəaliyyətə başlamış Güzdək məktəbinin inkişafında xüsusi rolu olan uzun illər valideyn komitəsinin sədri olmuş mərhum Nəcəf Həsənovu, mərhum müəllimlərdən Müzəffər müəllimi, Rəcəbəli müəllimi, Roza müəlliməni, Gülzar müəlliməni, Heydər müəllimi, Gülbala müəllimi; dil-ədəbiyyat müəllimi Zəkiyyə müəlliməni; həyatda olanlar sırasında isə Respublika səviyyəsində faliyyətinə görə seçilən pedaqoqlardan biri olan Sərdar müəllimi (Qaradağ rayonu, Qızıldaş qəsəbə ağsaqqallar şurasının sədri), Hüseyn müəllimi (Qobu), Nəzakət müəlliməni (Bakı ş.), Əməkdar müəllim Cəbrayıl müəllimi (Qobu), Əməkdar müəllim Orucəli müəllimi, uzun illər fizika fənnini tədris edən Sura müəlliməni, müəyyən dövrdə riyaziyyat fənnini tədris edən Çimnaz müəlliməni, həmçinin uzun illər ibtidai sinif müəllimi işləmiş Zeynal müəllimi, uzun illər riyaziyyat dərsini tədris edən Hafizə müəlliməni, təcrübəli ibtidai sinif müəlimi işləyən Aidə müəlliməni, hal-hazırda Texniki Universitetin professoru olan Elman müəllimi, Azərbaycan Dövlət Pedoqoji Universitetində dekan vəzifəsinə qədər yüksələn pedoqoji elmlər namizədi Nazim müəllimi, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində məsul rəhbər vəzifələrdə işləmiş Vaqif müəllimi və başqalarını göstərmək olar. Məzun-professor Rahim Daşdiyevin söylədiyinə görə Sərdar müəllim fizika və riyaziyyat elmlərini şagirdlərinə maksimum səviyyədə sevdirən müəllim olmaqla yanaşı, “Məktəb Güzgüsü” divar qəzetinin Baş redaktoru idi. İdman dərslərində ardıcıl olaraq, qolunun sınması və gözünün zədələnməsi hadisələrini “Məktəb Güzgüsü”ndə karikatura şəklində “Qolum sınsa da, gözüm çıxsa da oynayacağam” sərlövhə ilə qələmə alan Sərdar müəllimin məqaləsindən sonra Rahim futbol ilə bir dəfəlik vidalaşmalı olmuşdur...

Direktor A.B.Daşdiyevin rəhbərlik dövründə 1968-ci il buraxılışı (direktorun oğlu, professor Rahim Daşdiyevin oxuduğu sinif), Güzdək qəsəbə məktəbinin tarixində rekord nailiyyət olmuşdur. Belə ki, 14 şagirdin 8-i (57%) müxtəlif ixtisaslar üzrə yüksək balla Bakının ali məktəblərinə qəbul olmuşlar. Bu uğurlar, Abşeron rayon maarif şöbəsində, rayon komsomol komitəsində və rayon partiya komitəsində rayonun təhsil istiqamətində yüksək nailiyyətləri sırasında qeyd edilmişdir. Rahim o dövrdə onlara dərs demiş müəllimləri sözün əsl mənasında “Korifey müəllimlər” adlandırmaqla, həyatda mövqe və nailiyyətlərinə görə ömrü boyu orta məktəb müəllimlərinə borclu olduqlarını hər zaman fəxrlə qeyd edir...

 Rahim Daşdiyev
 Professor


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar