Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndi məktəbində kimlərin övladları təhsil alır? - Rəsmi açıqlama

Tarix: 26-09-2024 23:22     Baxış: 341 A- / A+
Xankəndi şəhərində ilk məktəb fəaliyyətə başlayıb. Belə ki, 23 sentyabr Qarabağ Universiteti ilə yanaşı, Nizami Gəncəvi adına Xankəndi 4 nömrəli məktəbində də tədrisə start verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.

Qeyd edək ki, Xankəndi şəhərinə "Böyük Qayıdış" başlamayıb. Bəs Xankəndi məktəbində oxuyan şagirdlər kimlərin övladlarıdır?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbdə Xankəndi şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və digər qurumların əməkdaşlarının övladları təhsil alır.

"Məktəbdə 27 müəllim tədris aparır. Məktəbəhazırlıqla birlikdə 22 sinif mövcuddur. Ümumi təhsil müəssisəsində 420 şagird təhsil alır", - açıqlamada bildirilir.

Onu da qeyd edək ki, işğal müddətində Nizami Gəncəvi adına Xankəndi 4 nömrəli məktəb Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsində fəaliyyət göstərib, məktəb binası bundan sonra Bakı şəhəri 338 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam edəcək.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar