Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - Rəsmi AÇIQLAMA

Tarix: 18-09-2024 12:43     Baxış: 447 A- / A+
Tələbələrə nəqliyyatda güzəştlərin edilməsi ilə bağlı müəyyən qurumlara sorğular ünvanlanıb, danışıqlar aparılır.
Manevr.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq, Təhsilin İnkişafı Fondundan bildirilib.
"Amma hələ qəti bir nəticə yoxdur deyə, sırf nəqliyyatla bağlı nəsə demək tezdir. Onu demək olar ki, 150 min vahid tələbə kartı artıq sifariş verilib, universitetlərlə müqavilələr imzalanır, bu proses davam edir. Təxminən oktyabr ayının ortalarında kartlar tələbələrə veriləcək", - deyə əlavə edilib.
Qeyd edək ki, iyunun 27-də Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaq.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar