Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Peşə məktəblərinə qəbul olan müəllimlərin nəticələri açıqlandı

Tarix: 10-09-2024 18:38     Baxış: 339 A- / A+
Peşə məktəblərinə qəbul olan müəllimlərin nəticələri açıqlandı

Bu gün 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələrinin elan edilməsi başa çatıb.
 
Manevr.az xəbər verir ki, nu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.
 
Nəticələr barədə məlumatlar //portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yerləşdirilib.
 
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
 
Təhsil haqqında diplom;
Şəxsiyyət vəsiqəsi;
Sağlamlıq haqqında arayış;
 
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndirilir.
 
Qeyd edək ki, müsabiqə çərçivəsində Bakı, Naxçıvan Muxtar Respublikası və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 388 nəfər müsahibədə iştirak edib və 245 şəxs uğurlu nəticə göstərərək sənədlərini təqdim etmək üçün dəvət alıb. Təklif edilən vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklifinin edilməsi nəzərdə tutulur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar