Xəbər lenti
Bu uşaqlar məktəbdə problem yaşayacaq - XƏBƏRDARLIQ
"Məktəbə ilk dəfə gedəcək olan uşaqların psixoloji adaptasiyası müəyyən zaman alan bir prosesdir. Uşaqların şəxsi xüsusiyyətləri və böyüdüyü ailə mühitindən asılı olaraq bu zaman uzun və ya qısa ola bilər. Ancaq aşkardır ki, bu müddətdə uşağa ən böyük dəstək valideynlərdən gəlməlidir. Əslində valideynlər özləri də ilk növbədə məktəbə gedən uşaq üçün yeni mühitin dəyişikliklər gətirəcəyini anlamalı və bu dəyişikliklərə uyğunlaşma zamanı səbirli olmalıdırlar".
Narınc Psixologiya Mərkəzinin "Yeniyetmə və Yetkinlər üzrə Psixodiaqnostika Şöbəsi"nin müdiri Fəridə Şərifova bildirib ki, həyəcanlı və gərgin olan valideynlərin övladları da məktəbə gec adaptasiya olur:
"Çox zaman təcrübədə görürük ki, özləri daha həyəcanlı və narahat olan valideynlərin uşaqları məktəbə daha gec adaptasiya olur və bir çox problemlər yaşayırlar. "Valideynlər "Uşağım məktəbə öyrəşə bilərmi?" və ya "Uğurlu olacaqmı?" kimi narahatlıqlarını düzgün idarə edə bilmədikdə, bunu istər açıq şəkildə, istərsə də bədən dili ilə uşağa ötürə bilirlər. Bu vəziyyət uşağın məktəbə uyğunlaşmasını çətinləşdirir. Ailələrin təhsil ocağını yaxşı tanıması, beyinlərindəki suallara aydınlıq gətirməsi bir sözlə uşağa güvən ötürməsi çox vacibdir.
Məktəbin başlaması ilə həm uşağın, həm də valideynlərin nizam-intizamlı olması lazımdır. Uşağın günlük rutinləri yaradılmalı və ciddi şəkildə əməl olunmalıdır. Müntəzəm yuxu rejimi, sabit yemək saatları və ev tapşırıqlarının vaxtında yerinə yetirilməsi uşağın məktəb həyatına daha asan uyğunlaşmasına və özünü təhlükəsiz hiss etməsinə kömək edir.
Daha sonra valideynlər uşağın məktəbi maraqlı bir yer kimi qəbul etməsinə çalışmalıdırlar. Uşağa məktəbin yalnız öyrənmək yeri deyil, həm də yeni dostlar tapmaq və müxtəlif maraqlı fəaliyyətlərdə iştirak etmək üçün imkan yaratdığını başa salmaq lazımdır.
Yaxşı olardı ki, uşaq əvvəlcədən məktəblə tanış edilsin, müəllimi ilə görüşdürülsün. Bu, onun bu mühitə daha rahat uyğunlaşmasına kömək edəcək".
F.Şərifovanın sözlərinə görə, məktəbəqədər hazırlıq dərslərində iştirak etmək azyaşlıların məktəbə adaptasiyasına müsbət təsir edir:
"Valideynlər uşağın hisslərini anlamalı və onun narahatlıqlarını dinləməlidirlər. Məktəbə başlamazdan əvvəl onunla açıq şəkildə söhbət etmək və hər hansı qorxularını anlamaq vacibdir. Bu prosesdə uşağa dəstək vermək, onu arxayınlaşdırmaq və özünə güvənini artırmaq lazımdır.
Bizim təhsil sistemimizdə məktəbəqədər hazırlıq siniflərinin yaradılması əslində uşaqların bu cür psixoloji hazırlıq prosesinə çox müsbət təsir etib Artıq 1-ci sinfə başladıqlarında onları nəyin gözlədiyini bilir və demək olar ki, bu problemlərin çoxunu aşmış olurlar.
Şagirdin məktəb həyatına tez uyğunlaşmasına hansı amillər təsir edir?
Qeyd etdiyimiz kimi ən önəli nüans valideynlərin dəstəyidir. Valideynlər uşağın hisslərini diqqətlə dinləməli və onunla məktəb haqqında açıq və səmimi söhbətlər aparmalıdırlar. Məktəbdən sonra onun gününün necə keçdiyi ilə maraqlanmaq və yaşadığı çətinlikləri anlamaq uşağa mənəvi dəstək verir, bu da onun məktəbə daha tez uyğunlaşmasına kömək edir.
Ikinci ən önəli nüans məktəb mühiti və müəllimlərin şagirdə yanaşma mövqeyidir. Məktəbdə yaradılan mühitin müsbət və dəstəkləyici olması uşağın məktəbə uyğunlaşmasında mühüm rol oynayır. Müəllimlərin şagirdə münasibəti, onların dərs prosesində aktiv iştirakını təşviq etməsi və özlərini təhlükəsiz hiss etmələrinə kömək etməsi yəni, uşağın müəlliməsinə güvənməsi və xoş aura alması uşağın məktəbə daha tez alışmasına səbəb olur. Müəllimlərin uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq ona fərdi yanaşması da uyğunlaşma prosesini sürətləndirir.
Daha sonra şagirdin yaşıdları ilə qurduğu dostluq münasibətləri də məktəbə uyğunlaşmada mühüm əhəmiyyət kəsb edir. Uşaqlar məktəbə başladıqda yeni dostlar tapmaq və sosial əlaqələr qurmaq istəyirlər. Bu sosial əlaqələr uşağın məktəbdə özünü rahat hiss etməsinə və məktəbə qarşı müsbət münasibət formalaşdırmasına kömək edir. Valideynlər uşağın sinif yoldaşları ilə əlaqələrini gücləndirmək üçün onun dostları ilə görüşməsinə şərait yaratmalıdırlar. Eyni zamanda müəllimələrin də bu prosesdə aktiv olması çox önəmlidir. Özünəqapanıq, çətin ünsiyyətə girən uşaqları müəyyən edib onları sosiallaşma prosesinə cəlb etməyə təşfiq etməlidirlər. Ümumiyyətlə təhsil həyatı ilə bağlı bu və digər məsələlərdə valideyn-müəllim birliyinin möhkəm və sürətli olması çox vacibdir".
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar