Xəbər lenti
Ləğv edilən universitetin tələbələri hara köçürülüb?

Manevr.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən modern.az-a Naxçıvan Universitetinin tələbələrinin köçürülməsi prosesinin 2024-cü ilin fevral ayından başlandığı bildirilib.
“Artıq bütün tələbələrin köçürülməsi yekunlaşıb. Universitetdə təhsil alanların əksəriyyəti Naxçıvan Dövlət Universitetinə, digərləri isə başqa ali təhsil müəssisələrinə köçürülüblər. Prosesin bu vaxta qədər davam etməsinin səbəbi isə sonuncu kurs tələbələri ilə bağlıdır. Belə ki, müəssisənin bağlanması üçün onlar təhsillərini başa vurmalı idilər”, - məlumatda qeyd olunub.
Qurum rəsmisi sonda qeyd edib ki, Naxçıvan Universiteti özəl ali təhsil müəssisəsi olsa da, tələbələri dövlət ali təhsil müəssisələrinə köçürülüblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar