Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Onlardan 27 min 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 min 539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 95.27 faiz dolub.