Xəbər lenti
Peşə məktəblərində vakansiya seçimi

Avqustun 21-də 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, test imtahanı mərhələsində keçid balını toplamış namizədlər avqustun 25-dək “portal.edu.az” vasitəsilə 8 vakant yer seçə bilərlər. Test imtahanı nəticəsində ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb.
Müsahibələrin Bakı, Gəncə, Qəbələ, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə sentyabrın 15-dək aparılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar