Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq. Xəbər lenti
Bakıda təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq
Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq.Bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Belə ki, bir sıra özəl liseylər yeni tədris ilinin 2-3-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıb.
Məsələni dəqiqləşdirmək üçün bəzi liseylərlə əlaqə saxlanıb.
Sorğuya cavabda məlum olub ki, "Bakı Atatürk Liseyi"ndə yeni tədris ilinə 1, 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 9-dan, "İdrak liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Kaspi liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Baku-Oxford School"da yeni tədris ilinə bütün siniflər üzrə sentyabrın 2-dən, məktəbəqədər hazırlıq qrupları üzrə isə sentyabrın 3-dən başlanılacaq.
"LANDAU School"da ingilis dili sektoru üzrə ibtidai siniflər sentyabrın 2-dən, yuxarı siniflər isə sentyabrın 3-dən dərslərə cəlb olunacaq.
Xatırladaq ki, bu il Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Bununla yanaşı, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək. iqtisadiyyat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























