Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? - RƏSMİ

Tarix: 19-08-2024 15:46     Baxış: 3134 A- / A+
Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? (RƏSMİ)
Yeni tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Ancaq ali təhsil müəssisəsinə hələlik rektor təyin edilməyib. 


Bəs universitetə hazırda kim rəhbərlik edir?

Manevr.az
bildirir ki, modern.az mövzu ilə bağlı Azərbaycan Texniki Universiteti ilə əlaqə saxlayıb.
Təhsil müəssisəsindən bildirilib ki, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi müvəqqəti olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevə həvalə olunub.

Məlumata görə, yaxın vaxtlarda TAU-ya yeni rektorun təyinatı gözlənilir.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar. 

TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən keçmiş binasında fəaliyyət göstərəcək. Abituriyentlər ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar