Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ikili diplom təklif edən universitetlər

Tarix: 13-08-2024 22:56     Baxış: 363 A- / A+
Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Proses avqustun 19-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycanda bir sıra ali təhsil müəssisələri tələbələrinə təhsil müddətində həyata keçirilən proqramlar vasitəsilə ikili diplom əldə etmək şansı verir.

Azərbaycan Texniki Universitetində tələbələrinə elektrik mühəndisliyi ixtisası üzrə Qazi Universiteti ilə, Kompüter mühəndisliyi ixtisası üzrə isə Ankara Universiteti ilə ikili diplom proqramı mövcuddur.

Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisası üzrə Türkiyənin İstanbul Texniki Universiteti ilə, qida mühəndisliyi ixtisası üzrə Hacettəpə Universiteti, sənaye mühəndisliyi üzrə isə Orta Doğu Texniki Universiteti ilə ikili diplom proqramı həyata keçirilir.

Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisası üzrə Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı var.

Gəncə Dövlət Universitetində isə Türkiyənin Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı həyata keçirilir. Qeyd edək ki, burada ikili diplom proqramı ödənişlidir. İqtisadiyyat, tarix, biologiya üzrə ikili diplom proqramları mövcuddur.

ADA Universitetinin tərkibində fəaliyyət göstərən İtaliya Azərbaycan Universiteti də elektrik və elektronika mühəndisliyi ixtisası üzrə İtaliyanın Turin Politexnik Universiteti ilə ikili diplom proqramı təklif edir. İxtisas üzrə illik təhsil haqqı 6000 manatdır.

Naxçıvan Dövlət Universitetində isə iqtisadiyyat ixtisası üzrə oxuyan 10 nəfərin Çankırı Karatekin Universiteti ilə ikili diplom proqramında iştirakı nəzərdə tutulur. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar