Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

600 bal toplayanların sayı kəskin artıb

Tarix: 11-08-2024 11:50     Baxış: 372 A- / A+
600 bal toplayanların sayı KƏSKİN ARTIB

Azərbaycanda bu il qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin sayı artıb.
Manevr.az-ın məlumatına görə, ən çox artım I və III ixtisas qruplarında qeydə alınıb.
Belə ki, ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb, 2024-cü ildə isə bu say 3228 nəfər olub. Yəni 2023-cü ildə 600 və daha çox bal toplayanların sayı 2 dəfədən çox artıb.
 
Yüksək bal toplayanların qruplar üzrə paylanmasına gəlincə, 2023-cü illə müqayisədə I qrupda 600 və daha çox bal toplayanların sayı 576 nəfər, bu il isə 1343 nəfər olub. Yəni, I qrupda yüksək bal toplayanların sayı 133 faiz artıb.
 
II ixtisas qrupunda yüksək bal toplayanların sayında isə azalma müşahidə olunub. Ötən il bu qrupda 600 və yuxarı bal toplayanlar 371, bu il 284 nəfər olub.
 
III qrupda isə ötən illə müqayisədə artım 160 faizdən çox olub. Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında III ixtisas qrupunda 600 və yuxarı bal toplayanların sayı 987 nəfərdir.
 
IV qrupda 2023-cü ildə 379 nəfər, bu il isə 614 nəfər 600 və daha çox bal toplayıb.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar