Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda peşə təhsili alacaq şəxslərin diqqətinə!

Tarix: 06-08-2024 19:46     Baxış: 3211 A- / A+


Hazırda Qarabağdakı peşə məktəblərində təhsil alacaq tələbələr üçün konkret güzəştlər təsdiq olunmayıb. Biz belə bir təklif vermişik ki, oraya qayıdan və peşə təhsili alanlara müəyyən güzəştlər tətbiq edilsin.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, Qarabağda 8 peşə təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
"Hazırda Füzuli şəhərində 850 nəfərlik tələbə tutumu olan müəssisə tikilir. Eyni zamanda, Qubadlı, Zəngilan, Ağdam və Şuşada müəssisələrin layihələndirilməsi işi ilə məşğuluq. Yanaşmamız ondan ibarətdir ki, hər rayondakı peşə təhsil müəssisəsi həmin regionun potensialına uyğun olsun.
Artıq biz bilirik ki, bütün məktəblərimizdə "yaşıl" enerji ilə bağlı ixtisaslarımız olacaq. Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq. Həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır. İxtisaslar çox fərqli olacaq.
Hazırda Qarabağda peşə məktəblərində təhsil alacaqlar üçün konkret güzəştlər təsdiq olunmayıb. Biz belə bir təklif vermişik ki, oraya qayıdan və peşə təhsili alan əhaliyə müəyyən güzəştlər tətbiq edilsin. Amma bu hələ də təklif mərhələsindədir. Digər qurumlar məqbul sayarsa, bu təklif qəbul edilsə, oraya qayıdan əhali üçün yeni imkanlar olacaq", - deyə C.Kərəmov bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar