Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Mətbuat katibi xanımı ilə Qarabağ Universitetində çalışmağa getdi

Tarix: 04-08-2024 14:46     Baxış: 469 A- / A+
Mətbuat katibi xanımı ilə Qarabağ Universitetində çalışmağa getdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov tutduğu vəzifədən ayrılıb.
Manevr.az modern.az-a istinadən məlumatına görə, Cavid Hüseynov bundan sonra təhsil sahəsindəki fəaliyyətini Qarabağ Universitetində davam etdirəcək.

"Böyük qürur və sevinclə bildirirəm ki, bundan sonra fəaliyyətimə Qarabağ Universitetində rektorluğun əməkdaşı olaraq davam edəcəm. Bu şansı yaratdığına və etimad göstərdiyinə görə başda Qarabağ Universitetinin rektoru Şahin Bayramov olmaqla bütün rəhbərliyə minnətdarlığımı bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də bütün etimadları doğrultmağa çalışacam.

Qarabağın dirçəlməsində və Qarabağ Universitetinin quruculuğunda kiçik də olsa töhfəmin olacağı üçün şadam”, - ADPU-dan ayrılan mətbuat katibi bildirib.

Cavid Hüseynovun sözlərinə görə, Pedaqoji Universitetə 17 yaşında tələbə kimi daxil olub, indi isə 28 yaşında şöbə müdiri olaraq ayrılır. O, ADPU rəhbərliyinə təşəkkür edib.

Yeri gəlmişkən, qeyd edək ki, artıq eks-mətbuat katibi statusuna malik olan C.Hüseynov Qarabağ Universitetində xanımı ilə birgə çalışacaq. Belə ki, onun həyat yoldaşı Ceyla Səmədzadə də ADPU-dakı işindən ayrılaraq Qarabağ Universitetinə keçib. O, Qarabağ Universitetində Tədris şöbəsinin Monitorinq və qiymətləndirmə sektorunun əməkdaşı kimi çalışacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar