Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başlanır

Tarix: 19-07-2024 13:05     Baxış: 487 A- / A+
2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin iyulun 25-dən köçürülməsi üçün sənəd qəbuluna başlanır.
Manevr.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul 11:00-dan 31 iyul 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək "şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.
Bildirilib ki, sənəd qəbulu elektron formada təhsil müəssisələri tərəfindən aparılacaq.
Ali və orta ixtisas təhsil müəssisələrinin normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir.
Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması və tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr nəzərə alınan göstəricilər sırasındadır.
Xaricdən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Müraciətçilər qismən tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (tkta.edu.az; 146-8) müraciət etməlidirlər.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar