Bu ilin ilk rübü ərzində Azərbaycanda adambaşına düşən orta istehlak xərci 349 manat 54 qəpik olub.Manevr.az xəbər verir ki, istehlak xərclərinin cəmi 1,7%-ni və ya 6 manatını təhsil xərcləri təşkil edib.
Qeyd edək ki, təhsilə ən çox pul xərcləyənlər Dağlıq Şirvan iqtisadi rayonunda yaşayanlar olub. Dağlıq Şirvanda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları) yaşayan insanların ümumi istehlak xərclərinin 2,8%-i və ya ayda adambaşına 9 manat 80 qəpiyi təhsil xərcləri təşkil edib.
Təhsilə ən az vəsait xərcləyən bölgə isə Mil-Muğan iqtisadi rayonu olub. Mil-Muğanda (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) yaşayan insanlar ümumi istehlak xərclərinin cəmi 1,1%-ni və ya 3 manat 50 qəpiyini təhsilə ayırıblar.yeniavaz.com