Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universitetinin rektoru abituriyentlərə çağırış etdi

Tarix: 09-07-2024 17:20     Baxış: 3104 A- / A+



2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.
Manevr.az Report-a istinadla xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, azad edilən ərazilərə ali təhsil ənənələrinin qaytarılması əsas məqsədlərdən biridir:
“Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Biz də Qarabağ Universitetinin gələcəyi ilə bağlı aparacağımız işlərlə bağlı müvafiq tapşırıqları dövlət başçımızdan almış olduq”.
Rektor bildirib ki, Qarabağ Universiteti ən müasir ali təhsil müəssiəsi olacaq:
“Universitetimiz ilk növbədə Azərbaycanımızın sosial-iqtisadi inkişafı ilə bağlı zəruri olan müasir, yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçiriləcək, həm də tədqiqat əsaslı bir universiteti olacaq. Bu o deməkdir ki, universitetimiz ölkəmizin növbəti mərhələdə inkişafına töhfə verəcək”.
Rektor vurğulayıb ki, növbəti tədris ilinə hazırlıq işləri gedir:
“Bilirsiniz ki, ilk dəfə universitetimizə tələbə qəbulu həyata keçiriləcək. Builki tədris ilində universitetimizə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Bundan başqa, ödənişsiz şəkildə ən müasir şəraiti olan mənzil tipli yataqxanada tələbələrimiz həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, universitetimizə qəbul olunacaq bütün tələbələrə noutbuk hədiyyə olunacaq”.
Ş.Bayramov abituriyentlərə çağırış da edib:
“İxtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar”.
Rektor bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var:
“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olur. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”.
O həmçinin söyləyib ki, növbəti tədris ilində Qarabağ Universitetinə subbakalavrların qəbulu və tələbə köçürülməsi nəzərdə tutulmayıb.
Qeyd edə ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar