Sizin Reklam Burada
Xəbər lenti
05-07-2024
04-07-2024
BÜTÜN XƏBƏRLƏR

Magistratura imtahanının nəticələri açıqlandı

Tarix: 02-07-2024 20:19     Baxış: 345 A- / A+

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
DİM-dən verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün birinci yarısında "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 9 - 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı"nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar