ABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, şagirdlərin təkcə intellektual qabiliyyətlərinin səviyyəsi onların qiymətlərinə deyil, həm də müəllimin onların işlərini yoxlama ardıcıllığına təsir edir.
Belə ki, işləri siyahının sonunda yoxlanılan tələbələr, bir qayda olaraq, aları siyahının önündə olanlarla müqayisədə daha aşağı qiymət alırlar.
Manevr.az bildirir ki, lent.az-ın "Management Science" nəşrinə istinadən məlumatına görə, Miçiqan Universitetinin müəllimləri tərəfindən Canvas öyrənmə idarəetmə sistemində (LMS) təqdim edilmiş 31 milyondan çox qiymətləndirmə qeydləri təhlil edilib.
Məlum olub ki, işlər əlifba sırası ilə qiymətləndirildikdə soyadları A, B, C, D və ya E hərfi ilə başlayan tələbələr 100 ballıq sistemlə orta hesabla 0,3 bal yüksək nəticə göstəriblər. Soyadı başqa hərflərlə başlayan tələbələr 0,3 bal aşağı qiymət alıblar.
Bu fərq kiçik görünsə də, tələbələrin ümumi akademik göstəricilərinə və beləliklə də gələcək karyeralarına təsir edir.
	   
	    
		
	 Xəbər lenti 
					
 
		Soyadınızdakı hərflər təhsilinizə təsir edirmiş

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















