Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Sertifikasiyadan keçəcək müəllimlərin NƏZƏRİNƏ!

Tarix: 13-06-2024 20:35     Baxış: 384 A- / A+

Təhsil İnstitutu iyunun 21- 22-də və 24-də keçiriləcək sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunmuş fənn müəllimlərinə dəstək məqsədilə sınaq imtahanı keçirəcək.
İnstitutdan bildirilib ki, sınaq imtahanının linki iyunun 14-ü saat 15:00-dan etibarən başlayaraq iyunun 15-i saat 15:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi cavablar avtomatik olaraq sistemə göndəriləcək və nəticələr dərhal ekranda görünəcək.
İmtahandan sonra sınaq imtahanlarında istifadə edilən tapşırıq nümunələri düzgün cavabları ilə Təhsil İnstitutunun rəsmi saytında yerləşdiriləcək.
TEAMS proqramında əvvəlcədən qeydiyyatdan keçmiş və şifrəsini unutmuş müəllimlər təlimat videosundan istifadə edərək şifrəni bərpa edə bilərlər.
Müəllimlər sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupa daxil olub dəvət gəldiyindən əmin olmalıdırlar. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar