Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sertifikatlaşdırma imtahanında neçə müəllim keçid balını toplaya bilməyib?

Tarix: 12-06-2024 10:58     Baxış: 4137 A- / A+

Xəbər verdiyimiz kimi, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu imtahanda istifadə olunmuş ixtisas suallarını ictimaiyyətlə bölüşüb.
120 dəqiqə davam edən imtahanda ümumi 60 sual verilib.
Azərbaycan dili üzrə ixtisas suallarının sayı 25, riyaziyyat üzrə 25 və tədris metodikası və təlim strategiyaları üzrə isə 10-a bərabər olub.
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
İbtidai sinif – Azərbaycan dili
İbtidai sinif – Riyaziyyat
Qeyd edilib ki, tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.
Xatırladaq ki, iyunun 8-də təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3909-u (3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi) keçid balını toplaya bilməyib. 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar