Xəbər lenti
İki mindən çox şəxs doktorantura və dissertantura üzrə imtahan verdi
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.
Danışıq bloku üzrə imtahanın iyunun 11-dən 15-dək keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, imtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılırr
n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)
Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 10-da keçiriləcək.
Qeyd: İyunun 9-da keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar