Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu müəllimlərin orta maaşı 1300 manat olacaq

Tarix: 06-06-2024 11:40     Baxış: 4209 A- / A+
"Ümumilikdə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır".
Manevr.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlandırıcı sessiyada deyib. 
O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır: "Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur. 8 iyun tarixində də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq. Onların böyük əksəriyyətinin uğur qazanacağına inanırıq".

Eşqi Bağırov əlavə edib ki, sertifikasiyada uğur qazana bilməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırılıb. O bildirib ki, son 1 il ərzində həmin müəllimlər tədris prosesindən uzaqlaşdırılıb: "2026-cı ilə qədər sertifikasiya imtahanının əhatə dairəsi genişləndiriləcək. Sözügedən ildə ilk sertifikasiya imtahanı verən müəllimlər də yenidən imtahana cəlb ediləcək.
8 iyunda ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması, 21, 22, 24 iyun tarixlərində isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək".qafqazinfo

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar