Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

İqtisadiyyat Müsabiqəsinin təqdimat və mükafatlandırma mərasimi keçirilib -ŞƏKİLLƏR

Tarix: 05-06-2024 15:51     Baxış: 4200 A- / A+

“İqtisadi və Sosial İnkişaf Mərkəzi” (CESD) bu gün İRİS Hotel Baku-da İqtisadiyyat Müsabiqəsinin təqdimat və mükafatlandırma mərasimini təşkil etmişdir. 
Manevr.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda 321 məktəbdən 1637 nəfər orta məktəb şagirdi 2024 İqtisadiyyat Müsabiqəsində azərbaycan, rus və ingilis dillərində iştirak etmişdir. Müsabiqənin məqsədi Azərbaycanda iqtisadi savadlılığı artırmaq və orta məktəb şagirdləri üçün iqtisadi bilikləri əlçatan etməkdir. Müsabiqənin məktəb, regional və milli turları Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının bütün iqtisadi regionlarındakı şagirdlərini əhatə etmişdir.
1637 nəfər şagird arasında 50 nəfər növbəti tur olan regional turda iştirak edərək milli tur üçün yarışmışdır. Regional turda müvəffəqiyyət göstərən 32 nəfər şagirddən 26-sı yazılı və şifahi imtahanda iştirak edərək, müvafiq olaraq, top10 və beynəlxalq tur üçün mübarizə aparmışdır.
Azərbaycan və rus dillərində imtahan verən şagirdlər arasında müxtəlif hədiyyələr təqdim olunması üçün top10 seçilmişdir. Milli tur iştirakçılarından 14 nəfər müsahibədə iştirak edərək turu başa vurmuşdur. Müsahibə və yazılı imtahan nəticələrinə əsasən Yunanıstanın paytaxtı Afinada keçiriləcək beynəlxalq turda iştirak etmək üçün top 5 şagird seçilmişdir.
CESD-in təsisçisi Vüqar Bayramov, İqtisadi Əsaslar Təşəbbüsünün icraçı direktoru Elanor Hamond, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Arzu Nağıyev, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli və Ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Leyla Məmmədova tədbirdə çıxış etmişdir.
Tədbirin davamında CESD-in layihə kordinatoru Nigar İslamlı layihənin nəticələrini təqdim etdi. Tədbir netvörkinq ilə yekunlaşmışdır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar