Xəbər lenti
Bu tələbələr Qarabağ Universitetində təhsil haqqından azad olunacaq

Manevr.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar bunlardır:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
2. İbtidai sinif müəllimliyi;
3. Riyaziyyat müəllimliyi;
4. Xarici dil müəllimliyi (ingilis dili);
5. Hüquqşünaslıq;
6. Beynəlxalq münasibətlər;
7. Maliyyə;
8. Mühasibat.
Qarabağ Universitetinin SABAH qruplarının üstünlükləri bunlardır:
1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq;
2. Ödənişsiz təhsil;
3. Ödənişsiz yataqxana;
4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd;
5. Hər bir tələbəyə kompüter;
6. Müasir maddi-texniki bazası olan universitet kampusu;
7. Yeni məzmunlu təhsil proqramları;
8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti;
9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları;
10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar