Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

“51 kollec dövlət büdcəsinə ağır yükdür, hamısı ləğv edilməlidir” - Ekspert

Tarix: 03-06-2024 22:31     Baxış: 3183 A- / A+
“Biz illərdir təklif edirik ki, kolleclər ləğv edilsin, ali təhsil pillələri 3-dən 4-də qaldırılsın, kollecdə verilən orta ixtisas, bakalavr təhsili ali təhsil müəssisəsində verilsin. Bu, dünyanın aparıcı təhsil sistemlərinə uyğundur. Biz onsuz da təhsil sistemində dünya təhsil sisteminə inteqrasiyanı əsas şərt götürmüşük”.
Bu barədə təhsil eksperti Elşən Qafarov bildirib ki, bu halda  dövlət  büdcəsi vəsaitlərinə də kifayət qədər qənaət edə biləcək.

“Fəaliyyət göstərən 51 kollecdə təqribən 55 min tələbə oxuyur. Bu isə dövlət büdcəsinə böyük yükdür. Düşünürəm ki, bu gün artıq 50, 60, 70-ci illər dövrü deyil. Ona görə də orta ixtisaslılardansa, ali təhsilli mütəxəsisslərə üstünlük verilməlidir. Ali təhsil əgər ön səviyyəyə keçirilərsə, onun 1, 2-ci kursunu bitirdikdən sonra kim işləmək istəyirsə, subbakalavr diplomunu götürüb əmək fəaliyyətinə başlaya bilər. Əgər balavr təhsilini davam etdirmək istəyirsə, daha 2 il təhsil alar. Bununla da 51 kollecə və 55 min tələbəyə dövlət büdcəsindən əlavə xərclərin qarşısı alınar. Ümumiyyətlə, bu gün kolleclər, yəni orta ixtisaslar yalnız keçmiş MDB məkanında qalıb. Kolleclərdə tədris mühiti də, tədris prosesi də çox aşağı səviyyədədir. Bütün neqativ hallar da kolleclərdə daha çoxdur. Ona görə düşünürəm ki, kolleclər ümumiyyətlə, qısa bir zamanda ləğv olunmalıdır və orta ixtisas ali təhsilin birinci, subbakalavriat səviyyəsinə qaldırılmalıdır”.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirib. Monitorinqlər nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar