Bu məktəb və mərkəzlərə işə qəbul imtahanı keçirildi
Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib.
DİM-dən bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunub. İmtahanda 1 044 namizədin (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) iştirakı nəzərdə tutulurdu.
İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub və araşdırma aparılır.
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.
Manevr.az




| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||































