Xəbər lenti
Ötən il elm xərcləri üzrə istifadə olunan vəsait açıqlanıb

Manevr.az xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, 2023-cü ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 193,6 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 1,4 milyon manat və ya 0,7 faiz az, 2022-ci illə müqayisədə isə 25,8 milyon manat və 15,3 faiz çoxdur.
Hesabat ilində elm xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib. 2023-cü ildə Azərbaycan Elm Fondu üzrə icra 3091,6 min manat və ya proqnoza nisbətən 35,8 faiz təşkil edib.
Fond tərəfindən təqdim edilmiş illik hesabata əsasən 2023-cü ildə açılmış vəsaitdən 498,1 min manat əməyin ödənişi, 2385,4 min manat qalib (qrant) layihələr üzrə, 208,1 min manat isə idarənin saxlanılması xərclərinə yönəldilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar