Xəbər lenti
Şahin Bayramov Qarabağ Universitetinin inkişafına töhfə verəcək
Şahin Bayramov dövlət başçısının sərəncamı ilə Qarabağ Universitetinin rektoru təyin edilib.
Bəs, ictimaiyyət Şahin Bayramovun Qarabağ Universitetinin rektoru olması haqqında nə düşünür?
Manevr.az xəbər verir ki, AzEdu.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bildirib ki, Qarabağ Universiteti bizim digər universitetlərdən köklü şəkildə fərqlənməlidir:
“Kadrların işə təyin olunması və azad olunması cənab Prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə daxildir və müzakirə edilmir. Bununla belə rektorluq təcrübəsi olan bir şəxsin Qarabağ universitetinə rektor təyin edilməsi fikrimcə uğurludur. Bu məsələlər çox ciddi şəkildə düşünülür, müzakirə edilir və qərar qəbul edilir.
Hesab edirəm ki, Şahin müəllim tədris və təlim məsələlərini yaxşı bilir. Yeni universitet qurmaq çox çətindir. Gərək rektor gecə və gündüzünü bütün bilik və bacarıqlarını bu işə sərf etsin.
Yaxşı komanda yığa bilərsə, o zaman uğur qazanacaq. Həmçinin Qarabağ Universiteti bizim digər universitetlərdən köklü şəkildə fərqlənməlidir. Çünki dünyanın əksər ölkələrindəki ali məktəblər Qarabağ Universiteti ilə əlaqə saxlamağa, əməkdaşlıq etməyə çalışacaqlar.
Mən yeni rektora uğurlar arzulayıram və inanıram ki, cənab Prezidentimizin onun qarşısına qoyduğu vəzifələri yerinə yetirəcək”.
Təhsil mütəxəssisi Nadir İsrafilov vurğulayıb ki, Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin edilməsini, təhsil sahəsindəki son illərin ən uğurlu təyinatlarından biri hesab edir:
“Belə bir qənaətə gəlməyim üçün hər cür əsasım var. Əvvəla Şahin müəllimlə uzun illik bir şəxsi tanışlığım var. Dəfələrlə görüşüb, söhbətləşmişik, təhsilimizin ayrı-ayrı problemlərini müzakirə etmişik. Fikir mübadiləsi zamanı eyni mövqeləri bölüşmüşük. Onun Mingəçevirdə rektor işlədiyi müddətdə universitetin fəaliyyətini daim izləmişəm, yalnız xoş xəbərlər eşitmişəm. Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında xüsusi olaraq vurğulandığı kimi işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır”.
Nadir İsrafilov vurğulayıb ki, Şahin müəllim demək olar ki, təhsil idarəetməsinin bütün mərhələrini keçib, püxtələşmiş bir kadr, iqtisad üzrə fəlsəfə doktorudur:
“Bir çox ölkələrin bir sıra simpoziumların, proqramların, intensiv seminarların və praktik təlimlərin iştirakçısıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyərkən təhsin mətbəxinə lazımınca bələd olub. Buna qədər, baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. Yeni yaradılan universitetə uğurlu rəhbərlik etmək üçün bundan əlavə daha nə lazımdır ki...? Ümid edək ki, Şahin Bayramov ona göstərilən bu yüksək ettimadı layiqincə doğruldacaq, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. Eyni zamanda əminlik bildirək ki, "Çörəyi ver çörəkçiyə, birini də üstəlik" atalar sözü, Mingəçevirdə olduğu kimi, Xankəndidə də özünü doğruldacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru olduğu dövrdə universitetin inkişafı istiqamətində bir sıra mühüm addımlar atıldı və ali məktəb yeni bir mərhələyə daxil oldu:
“Bu gün Şahin Bayramovun yenilikçi rektor olduğu barədə fikirlər söyləyə bilərik və onun təyin olunması da Qarabağ Universitetinin inkişafına öz töhfəsini verəcək. Bu universitet yeni yaradılıb və universitetin qarşısında çox mühüm vəzifələr var. Vəzifələrin öhdəsindən gəlmək üçün daha çox çalışıb, səy göstərilməlidir. Digər vəzifələrindən uğurla gəldiyi kimi bu məsələnin də öhdəsindən uğurla gələ biləcək. Şahin Bayramov Qarabağ Universitetinin rektoru missiyasını uğurla yerinə yetirəcək. Çünki bu universitet sıradan bir universitet deyil. Qarabağ Universiteti barədə çox böyük planlar və hədəflər var. Hədəflərin reallaşması üçün Şahin Bayramov əlindən gələni əsirgəməyəcək və bu universitet qısa zamanda Azərbaycan təhsilində öz yerini tuta biləcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar