Xəbər lenti
SDU-da “Yaşıl dünya naminə həmrəylik” forumu və “Yaşıl iş yerləri” sərgisi keçirilib
Bu gün Sumqayıt Dövlət Universitetində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar dövlət strukturları, özəl təşkilat və müəssisə rəhbərlərinin də iştirak etdiyi “Yaşıl dünya naminə həmrəylik” forumu və “Yaşıl iş yerləri” sərgisi keçirilib.
Manevr.az-a açıqlamasında deputat Müşfiq Məmmədli bildirdi ki, tədbir SOCAR Polimer MMC–nin baş sponsurluğu, “Sumqayıt Texnologiyalar Parkı” MMC və “Glensol” şirkətinin sponsurluğu ilə Sumqayıt Dövlət Universitetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt Dövlət Texniki Kollecinin dəstəyilə baş tutub.
"Forumdan sonra “Yaşıl iş yerləri”sərgisi ilə tanış olduq. Sərgidə ölkəmizdə fəaliyyət göstərən müxtəlif sektorlardan 70-dən çox qurum və şirkət təmsil olunub. Şirkət nümayəndələri tərəfindən tələbə və məzunlar Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar, işəgötürmə prosedurları haqqında məlumat alıblar", M.Məmmədli bildirdi.
Qeyd edək ki, Forumda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlardan Müşfiq Məmmədli, Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev, Nigar Arpadarai, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sumqayıt şəhər idarə, təşkilat rəhbərləri iştirak ediblər.
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar