Xəbər lenti
Beynəlxalq Təhsil Forumu keçirilib
"Təhsil Forumu" Sosial Platformasının yaranmasının 5 illik yubileyi münasibətilə Beynəlxalq Təhsil Forumu keçirilib.
1250 müəllimin iştirak etdiyi Forumda "Dünyanın ən təhsilli ölkələri" reytinqində birinci yerdə olan Sinqapur, ikinci yerdə qərarlaşan Finlandiya, həmçinin Çin və Türkiyə kimi dövlətlərin təhsil ekspertləri, yerli təhsil ekspertləri və tanınmşı ziyalılar iştirak ediblər.
Bu barədə Manevr.az-a açıqlama verən deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli bildirdi ki, Forumda çıxış edənlər direktor və direktor müavinləri üçün "Məktəb işinin təşkili və idarə olunması", bütün fənn müəllimləri üçün "Müəllim-şagird münasibətlərinin qurulması", psixoloqlar üçün "Şagirdlərə psixoloji yanaşma", sinif rəhbərləri üçün "Sinfin idarə olunması və disiplinin qorunması", bağça müəllimləri üçün "Məktəbəqədər təhsil sisteminin qurulması" mövzuları üzrə öz ölkələrinin metodlarını təqdim ediblər.
"Spikerlərlə yanaşı, ölkənin bir çox nüfuzlu ziyalıları da forumda çıxışlar edərək müəllimlərə forumun işində uğurlar arzulayıb, "Təhsil Forumu"nun yubileyi münasibəti ilə təbriklərini səsləndiriblər", deputat vurğuladı.Qeyd edək ki, "Təhsil Forumu" Sosial Platforması təhsilverənlərin maarifləndirilməsi və öz ixtisasları üzrə biliklərinin artırılması ilə məşğul olan platformadır.
Mirzə İsmayılov
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Təqvim
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar