Manevr.az bildirir ki, təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli AzVision.az -a qeyd edib ki, təhsil bazarla qarışdığı üçün çirkaba çevrilir:
“Bu baxımdan, istər şagirdlərin, valideynlərin, ziyalıların, istərsə də cəmiyyətin təhsil sisteminin uğurlarına şübhəsi artır. Problemlərin qarşısı günahkarların ciddi cəzalandırılması ilə alınmalıdır. Cəzanı təyin edəndə də diqqətli olmaq lazımdır”.
Ekspertin fikrincə, mərkəzdə yerləşən məktəblərdə fəaliyyət göstərən müəllimlərin missiyası sanki dəyişib:
“Müəllimlər öz peşəsini unudub, tədrisi ikinci plana atıblar. Bazar iqtisadiyyatına keçid edirlərsə, qarşılarında əyləşən şagirdin gözündə nə kimi hörmət sahibi olacaqlar?! O şagirdlər bu gün uşaqdır, danışmağa çəkinirlər, amma gözləri görür və artıq dərk edirlər. Zamanı gələndə həmin şagirdlərin özləri də böyüyüb bu cür bazarla məşğul olan müəllimləri, məktəbləri qınaq obyektinə çevirəcəklər.
Bizim çox uğurlu məktəblərimiz, çox müqəddəs müəllimlərimiz də var. Təəssüf ki, bu cür çirkaba, intriqalara bulaşan müəllimlərin fonunda əsl peşəkar müəllimlərin fəaliyyəti kölgədə qalır. Bu gün cəmiyyətdə Azərbaycan müəlliminin ictimai nüfuzu sırf belə bazar adamları, tədrisdən kənarların ucbatından aşağı düşüb. Ən ciddi cəza təyin olunmalı və əsl cinayətkar ifşa olunmalıdır”.
Təhsil eksperti Nadir İsrafilov isə qeyd edib ki, direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan səs yazılarının yayılması halları çoxdur:
"Nə qədər ki, biz belə halların baş vermə səbəblərini obyektiv araşdırıb, konkret nəticələri barədə ictimaiyyəti vaxtında məlumatlandırmaq əvəzinə əsl səbəblərin üzərindən keçib, nəticəni qabarmaqla məşğul oluruq, belə hallar təkrarlanacaq. Bir də ki, məsələ təkcə səs yazısının yayılması üzərində qurulsaydı, bunu bəlkə də montaj kimi dəyərləndirmək və ya qələmə vermək olardı. Halbuki, bu kimi faktlarla bağlı kifayət qədər videogörüntülər var.
İstənilən halda bu qəbildən olan hallara hüquqi qiymət vermək hüquq-mühafizə orqanlarının vəzifəsidir. Yalnız araşdırmalar yekunlaşdıqdan və nəticələr elan olunduqdan sonra digər aidiyyatı qurumlar hərəkətə keçə bilər. Məsələnin hüquqi tərəfini bir tərəfə qoysaq belə, onun sosial tərəfində müəyyən müəmmalı və əslində düşündürücü məqamlar var".
Ekspertin sözlərinə görə, rüşvət, saxtakarlıq, zorakılıq və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən törədildikdə adi hal, müəllimlər tərəfindən törədilkdikdə isə faciə səviyyəsinə qaldırılır:
"Nə üçün bütün bu kimi naqisliklər məhz, məktəbin, müəllimin obrazında ümumiləşdirilir? Sanki, pul tələb edən, hakim deyil, müstəntiq və s. digər bəzi məmurlar deyil, məhz məktəb direktorudur, müəllimdir. Niyə bunların səs yazısı, video görüntüsü yayılmır, təsadüfən yayılsa belə, üstünə bu dərəcədə gedilmir? Nə üçün bir vaxtlar cəmiyyətin ən nüfuzlu və hörmətli zümrəsi olan müəllim bu gün ən çox qınaq obyektinə tuş gələn subyektə çevrilib? Bu suallara cavab tapmaq elə də çətin deyil.
Neçə ki, təhsil verən təhsil alana “müştəri” gözü ilə baxır, təhsil prosesi subyektləri arasında “təmənna sindromuna” son qoyulmayacaq, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq fəaliyyətinə rəğbət davam edəcək, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, belə hallar davam edəcək".
Xəbər lenti
"Neçə ki, müəllim şagirdə "müştəri" gözü ilə baxır..." - EKSPERT
Bir müddət öncə Abşeron rayonunun Xırdalan şəhərində müəllimlərdən pul tələb etdiyi iddia olunan direktorun səs yazısı yayılıb. Məsələ burasındadır ki, bu hal təhsil sahəsində ilk deyil. Dəfələrlə bu kimi səs yazısı yayılan müəllimlər, direktorlar işdən kənarlaşdırılsa da, bənzər hallar təkrarlanır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar