Xəbər lenti
Məktəblərdə “Talış dili”, “Saxur dili” və “Xınalıq dili” tədris olunacaq
2023-2024-cü tədris ili üçün I sinif "Haput dili", I - IV siniflər üçün "Talış dili", "Saxur dili" və "Xınalıq dili" dərslikləri çap edilərək, azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrinə çatdırılıb.Manevr.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, digər azsaylı xalqların dillərinə dair dərsliklər üzərində işlər davam etdirilir.
"Belə ki, II siniflər üçün "Haput dili", I-II siniflər üçün "Tat dili" dərslikləri hazırlanma mərhələsindədir. Digər azsaylı xalqların dilləri üzrə layihələr işlənilir",- deyə qurumdan vurğulanıb.
Qeyd edək ki, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat"ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































