Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

39 nəfərin 300 bal yığmasının səbəbi bilindi - Buna görə imiş...

Tarix: 17-04-2024 15:46     Baxış: 4244 A- / A+
“10 mart tarixində keçirilən buraxılış imtahanın nəticələrinə əsasən 39 nəfər 300 bal toplayaraq maksimal nəticə göstərib. Bu isə Azərbaycan tarixində qeydə alınan rekord nəticədir. 3 martda baş tutan buraxılış imtahanının nəticələri ilə birlikdə yekun say 53 nəfər oldu. Amma gəlin, özümüzü aldatmayaq. Bu göstəricilər o demək deyil ki, bir il içində xeyli inqilabi dəyişikliklər olub, təhsil sistemində çox şey dəyişib və biz ötən ilki nəticələrlə müqayisədə bu cür fərqin şahidi olduq. Qətiyyən belə deyil”. 
Manevr.az-ın məlumatına görə, bu fikirləri “Yeni Sabah”a təhsil eksperti Elmin Nuri bildirib. O, buraxılış imtahanlarındakı rekord nəticələri belə şərh edib:
dəfə olaraq uzun müddətdən sonra Dövlət İmtahan Mərkəzinin hazırladığı imtahan suallarının proqramı ilə orta məktəblərin tədris proqramı arasında yüksək dərəcədə uyğunluq müşahidə olunub. Deyilə bilər ki, axı DİM hər il kurikulum standarlarına uyğun sual proqramı hazırlayırdı. Lakin burda belə bir məqam var ki, hər nə qədər həmin suallar tədris proqramına uyğunlaşdırılmış olsa da, tamam başqa məzmunda və formatda, fərqli beyinlər üçün hazırlanan suallar idi. Sanki abituriyent iki qəbul proqramı üzrə hazırlaşmağa məhkum idi. Biri orta məktəbdə tədris edilən proqram,  digəri isə DİM-in sualları hazırladığı proqram... O da məlumdur ki, DİM özünəməxsus dərs və test, həmçinin hazırlıq vəsaitləri dərc edirdi. İmtahana düşəcək olan suallar da həmin vəsaitlərə uyğun hazırlanıb təqdim olunurdu. Yaranan fərq nəticəsində imtahana hazırlaşanlar arasında çaşqınlıq və müəyyən bilgisizlik yaranırdı. Elə bu səbəbdən repititorluq sahəsi də bu qədər geniş inkişaf edərək yayılmağa başladı. Çünki bu sahədə fəaliyyət göstərənlər Dövlət İmtahan Mərkəzinin imtahan sualları hazırladığı proqramı daha yaxşı anlayırdılar. Buna görə də repititor yanına getməyən şagirdlərin bal yığmaq şansı olmurdu”. 
Ekspert blok imtahanlarında 15 nəfərin 700 bal toplaya biləcəyini də qeyd edib: 
“Axır ki, bu il ikitirəliyə az da olsa son qoyuldu və DİM tərəfindən hazırlanan suallar orta ümumtəhsil müəssisələrində tədris edilən proqrama xeyli uyğunlaşdırıldı. Yüksək nəticə göstərən şagirdlərin heç biri özəl məktəbdə oxumur. Onların hamısı ümumi orta təhsil müəssisələrinin şagirdləridirlər. Bu göstəricilərdən belə nəticə çıxartmaq olar ki, bu uyumluluğu çoxdan yaratmaq lazım imiş. DİM-in təqdim etdiyi suallarla orta məktəblərin tədris proqramı arasındakı fərq nəticəsində bir neçə il 700 bal toplayan şagird olmayıb. Ancaq hazırda olan göstəricilər onu deməyə əsas verir ki, qarşıda gələn blok imtahanlarında ən azı 15 abituriyent 700 bal yığacaq. Bu mənim şəxsi proqnozumdur. 
Sözügedən uyğunluğa gedilməsi çox müsbət haldır. Çox yaxşı olar ki, bu belə də davam etsin. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin imtahan suallarının hazırlanmasında iştirak etməməsi daha doğrudur. Gərək ayrıca bir qurum bu proseslə məşğul olsun. Çünki sualların hazırlanması və imtahanların təşkil olunması tamam fərqli iki prosesdir. Belə olduğu halda, daha yüksək nəticələr görmək mümkün olacaq. Hazırkı göstəricilərə gələndə isə, mən bunu pilot nəticə hesab edirəm. Növbəti illərdə bu hal yenidən təkrarlana, ya da azala bilər. Ancaq hər bir halda rekord göstəricinin səbəbi kimi “təhsilimiz inkişaf etdi və bu nəticələri gördük” demək çox absurddur”. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar