Xəbər lenti
Bu ölkədə təhsil alanların diplomları tanınmayacaq
Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi hazırda Ukraynada təhsil alan və lakin müharibə şəraitinə görə sözügedən ölkədə olmayan tələbələrə çağırış edib.
Manevr.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə bu gün sözügedən dövlət qurumu ilə Medianın İnkişafı Agentliyinin birgə jurnalistlər üçün keçirilən təlimdə məlumat verilib.
Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə son bir il üçün müəyyən güzəşt edildiyini bildirib: "Lakin hazırda Ukraynada təhsil alan və yaxud təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".
Aysel Kərimli qeyd edib ki, bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir".
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov da Aysel Kərimlinin fikirlərinə dəstək olaraq bildirib ki, hazırda Ukraynada təhsil almağı tövsiyyə etmirlər: "Sözügedən ölkədə təhsil alanlar ən çox Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nəticə toplaya bilməyən şəxslərdir. Sonda onlar bir il sözügedən ölkədə təhsil aldıqdan sonra hazırkı şəraitə görə və yaxud digər məsələlərlə bağlı Azərbaycanda təhsillərin davam etdirmək istəyirlər. Bu da sonda DİM-in təşkil etdiyi imtahnda nəticə göstərən tələbələrlə eyni göstəriciyə gətirib çıxarır. Yəni onlar DİM-in imtahanında nəticə göstərməyiblərsə, necə gəlib Azərbaycanda təhsil ala bilərlər?”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar