Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elm – zaman aşılaya bilməyən mənəvi dəyərdi

Tarix: 03-04-2024 14:04     Baxış: 2286 A- / A+
Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi,
 91-lər hərəkatının üzvü

 

Məlumdur ki, Elm Günü Azərbaycanda Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmişdir. Bu münasibətlə 27 martda UNEC-də elm həftəsinə start verildi. UNEC rektoru prof.Ə.Muradov son illərdə universitetin elm sahəsində qazandığı uğurlardan danışdı. Qısa bir zaman kəsiyində “Narxoz”-un UNECə çevrilməsi  təhsil sisteminin uğurudur. 

KİV-lər, TV kanaları Elm gününü elmə layiq yox, sıradan bir hadısə kimi yanaşması təəssüf doğurur. Elmi layiq olduğu səviyyədə cəmiyyətə təqdim edilə bilmədi. Cəmiyyətdə  elmin yeri haradadır - sualına bu yazıda qismən cavab vermək istəyirəm.
İnkişaf etmiş ölkələrdə alimin cəmiyyətdə rolu çox mühümdür. Bu səbəbdən də XXI əsr elmə, biliyə əsaslanan əsr adlanır. Müqəddəs Qurani-Kərimdə bildirilir ki, axırıncı Pyğəmbərdən sonra insanlığın qarşısına çıxan sualların cavablarını alimlər verəcək və zəmanənin alimləri öz dövrlərinin peyğəmbərləri kimi dəyərləndiriləcəkdir. 
İnkişaf etmiş ölkələrdə qəbul olunan total qərarlar əsasən elmi qərarlardır. Elmi qərarlar səhv ola bilməz. İnsanlar düzgün qərarlar qəbul edərək şəxsiyyətə, dövlətlər düzgün qərarlar qəbul edərək qüdrətli dövlətə çevrilirlər.
Bizim xalq həmişə elmə, alimə layiq olduğu qiyməti vermişdir. Kifayətdir ki, böyük Nizaminin fikirlərini xatırlayaq:
                        Alimdir gözümdə ən əziz insan,
                        Qüvvət elimdədir - başqa cür heç kəs
                        Heç kəsə üstünlük eyləyə bilməz.
 
Müasir Azərbaycanın ilk elmi qurumu Azərbaycan Elmlər Akademiyasıdır. Bu akademiya SSRİ  Xalq Komissarları Sovetinin qərarı ilə 23.01.1945-ci ildə təsis edilmişdir. 79 il öncə yaradılmış akademiyaya 15 həqiqi üzv seçilmişdir. Bu gün həm də onları (Ü.Hacıbəyov, S.Vurğun, M. İbrahimov, Y.Məmmədəliyev, H.Hüseynov, M Qaşqay və dig.) xatırlamaq və onlara rəhmət diləmək vicdan borcumuzdur. 
 
Tarixən Şərq xalqları insanı yaşatma potensialı çox olan torpaqlarda məskunlaşmışlar. Qərblilərin yerləşdiyi torpaqlar nisbətən az günəşli, az zəngin və az münbitdir. Bu fiziki fərq tarixin sonrakı gedişinə və elmin inkişafına mühüm təsir göstərmişdir. Özünü yaşatmaq niyyəti ilə İslam dünyasında biznes, ticarət geniş yayılıbdır. Qərb xalqları yaşamanı asanlaşdırmaq üçün müxtəlif texniki vasitələrin icadına, başqa sözlə, sənaye istehsalına üstünlük vermişlər. Biznesin əsas məqsədi pul qazanmaqdır. Sənayeçinin amalı bazara yeni və keyfiyyətli mal çıxartmaqdır. Bu gedişat düşüncə tərzində böyük fərq yaratmışdır. Tacirin, biznesmenin düşüncəsində elmə, alimə qayğı yoxdur. Sənayeçi isə yeni və keyfiyyətli məhsul üçün elmə, alimə möhtacdır. Onlar alimin, ixtiraçının adi vətəndaşdan fərqini əla bilirlər. Qərb ölkələrində elm həm dövlət, həm də cəmiyyət (sənayeçilər) tərəfindən maliyələşir və dəsəklənir. Bu gedişatın həyat tərzinə də təsiri var. Beləki, alimlər əsasən ciddi həyat tərzinin, tacirlər yüngül həyat tərzinin daşıyıcılarıdir.
Qərb cəmiyyətlərində həyat bütövlükdə elmi müstəvidə oturmuşdur. Müsəlman Şərqi inkişafa doğru irəliləyirsə, Qərb artıq tərəqqiyə doğru irəliləyir. İnkişaf ilə tərəqqinin fərqi böyükdür. Qənaətimə görə, inkişafda iqtisadiyyat zamana görə xətti, tərəqqidə isə iqtisadiyyat zamana görə qeyri xətti artır.
Pakstanlı doktor Fərrux Salimin araşdırmasın görə İslam dünyasıda elmin vəziyyət ürək açan deyildi. Həm Nobel mükafatı alanların sayında, həm əhalinin 1 milyonuna düşən alimlərin sayında, həm elmin büdcəsində geriqalma ciddidir. Doktor Salimin gəldiyi nəticə belədir ki, müsəlmanlar elmi bilikləri istehsal edə və yaya bilmirlər. Bu isə o deməkdir ki, müsəlman dünyası elmin inkişafı üçün zəruri mühit yaradıla bilmir.
İstənilən ölkənin inkişaf zəncirinə diqqət yetirsək görərik ki, təhsil elmi, elm texnologiyanı, texnologiya texnikanı, texnika sənayeni, sənaye isə iqtisadi inkişaf etdirir. Yüksək iqtisadiyyat isə firəvan həyat deməkdir. Bu həyat zəncirinin hər bir halqası önəmlidir. Təhsil və iqtisadiyyat da bu zəncirin birinci və sonuncu həlqələridir. Bu həlqələrin vacibliyini ABŞ keçmiş prezidentlərindən biri belə ifadə etmişdir: “Amerika universitetləri qüvvətlidir, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun universitetləri  qüvvətlidir.”
 
İnkişaf zəncirinində elm həlqəsinə kimi biz gedə bilirik. Elmi məqalələr yazırıq, mötəbər jurnallarda çap etdiririk, monoqrafiya çap edə bilirik. İstinadlara nail oluruq. Ancaq elmi nəticələri texnoloji məhsula çevirə bilmirik, elmi tutumlu məhsul istehsal edə bilmirik. Bu səbəbdən də elmi qurular həm yuxarıdan, həm aşağıdan tənqid atəşinə tutulurlar. Elmin texnologiyaya çevrilə bilməməsinin dərin kökləri var. Qismən bu çətin suala J.J Russonun bir fikrində tapmaq olar:
Bilməmək heç zaman bəla törətmir; çaşmaq məhvedici təsirə malikdir. İnsanlar çaşırlar ona görə yox ki, bilmirlər, ona görə çaşırlar ki, özlərini savadlı bilirlər”. Burdan çıxaracağımız nəticə bundan ibarətdir ki, özlərini savadlı bilən kvazialimlər elmi idarəetmənin başına keçməməlidirlər. Əgər keçərlərsə onda sadə suallara da cavab tapmaq çətin olacaq. Bu yerdə iki alimi -Nadir İbrahimov Eylaz Babayev yada salmaq istəyirəm. Çox təəssüf ki, bu parlaq gənc alimləri cəmiyyət tanımır. Bu onların günahı deyil, elmi ictimayyətin və cəmiyyətin elmə qeyri kamil münasibətinin nəticəsidir.
Nadir İbrahimov Mars, Venera və Yupiterin İo peykinin öyrənilməsində böyük nailiyyətlər əldə etmişdir. O, Mars planetinin irimiqyaslı, çoxsaylı təsvirlərini almış və xəritəsini tərtib etmişdir. 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Baş Assambleyasında Marsda iki kraterə onun şərəfinə Nadir İbrahimov və Quba adı verilmişdir. Bu dəyərli alim dünyasını 65 yaşında dəyişmişdi(!).
Elmi kəşf diplomu olan tək alimimiz Eylaz Babayevdir. Qeyd edim ki, kəşf və ixtira anlayışlarının dəqiq fərqinə varmaq lazımdır. Sovetlər zamanında ildə təqribən 70 min ixtira diplomu, cəmi 10-15 kəşf diplomu alınırdı.
Eylaz Babayevin kəşf diplomu: “Canlı insan və heyvan sümüklərində mövcud olan xüsusi gərginliyin təzahürü”. Bu kəşfin müəllifləri elmlər doktoru V.İ.Loşilov və akad.A.Nikolayev (Bauman adına Moskva Ali Texniki Məktəb)və texnika elmlər namizədi Eylaz Babayevdir. O, bu nəticəni Moskvada aspirant olanda almışdır. Hazırda o, ABŞ-ın Minisota Ştatının Mennonones şəhərində elmi labaratoriyaya rəhbərlik edir. Qədrin bilmədik, indi bizə yox, ABŞ mənəvi dəyər yaradır.
 
Futbol üzrə hakim Tofiq Bəhramov bir dəfə bayrağın düz qaldırıb endirməklə ölümsüzlük qazandı. Bu yaxşı! Bəs ömür sərf edib ölümsüzlük qazanmış  millətinin adını silinməz elm löhvəsinə yazmış Nadir İbrahimov və Eylaz Babayevin adını niyə milli şüura yaza bilmirik?
Hesab edirəm ki, oxumaqla alim olmaq olmaz. Alimlər anadan alim döğulurlar. Təhsil almaqla ancaq psevda alim olmaq olar. Yüzlərlə fərsiz adamdan “alim” düzəltməkdənsə, Nadir İbrahimov və Eylaz Babayev kimilərinin zamanında qədrin bilmək lazımdır. Belə olan halda qəbul etdiyimiz qərarlar elmi olar, problemlər həll olar və gənclik həvəslə elm dalınca gedər.
 
Alimi və onun elmin nəticələrini cəmiyyətimiz obyektiv qiymətləndirməyi bacarmalıdır. Hər birimizin ayliq əməkhaqqı və təqaüdünün təqribən 70-80 % alim əməyinin nəticəsidir. Ancaq bunu toplum qiymətləndirə bilmir. Beləki, yüz il öncə nefitçi alimlərimiz dənizdə neft kəşf etməsəydilər, biz üzüm və pambıq satmaqla əhalimizi bugünkü səviyyədə dolandıra bilməzdik. Deməli, elmyaradanlar və yaşadanlara münasibət total dəyişməlidir. Azad Mirzəcanzadə, Xöşbəxt Yusifzadə kimi alimlərimizi minnətdarlıqla xatırlamalıyıq.
İnkişaf etmiş ölkələrdə alimlər diqqət mərkəzindədir. Alimlərin uzun yaşamasına  Qərb ölkələri çox diqqət verirlər. Dünyada ingilislərin bir Stephen Hawking  nümunəsi var. 29 yaşında sağalmaz xəstəliyə tutulan Hawkingi ingilis cəmiyyəti 75 il yaşada bildi. Ona görə ki, belə alimlər çətin, amma zəruri problemləri səksənində, ya doxsanında yeni ideya vasitəsi ilə həll edə bilsinlər.
Alimlərə göstərilən milli qayğı gənclərin elmə getməsini stimulaşdırar. Xaricə beyin axınının dayandırmağa səbəb ola bilər. Qərblilərin təcrübəsindən bəhrələnərək, alim potensiallı gəncliyi itirməməliyik. 
 
Bir çox mədəniyyət xadimlərin yaşadığı evlər muzey kimi istifadə edilir. Bu da yaxşı. Bu təcrübəni elm xadimlərinə aid etmək pis olmaz, gənclərdə elmə marağı artırar. Bu niyyətlə Nobel mükafatı almış bakılı Lev Landaunun yaşadığı evi niyə muzeyə çevrilməsin? 
 
Elmin deməli olduğu sözlər çox olduğu kimi, elm günündə deyiləsi sözlər də çoxdur. Qalsın növbəti ilin elm gününə. İnşallah, ona qədər “Qız Qalası”-fenomeninın fəlsəfəsi aydınlaşar. Aydınlaşar ki, bu qala niyə tikilib? Kim tikib? Kimə tikilib? Və sairə. Bakının simvolu olan Qız Qalasına baxanda adam xəcalət çəkir. Aydındır ki, bu abidə ilahi mənşəli deyil, elm onu izah etməlidir. Axı, bu abidə arxioloji qazıntı nəticəsində tapılmayıb, 8 mərtəbəli ev boydadır. Neçə yüz illərdi ki, savadlılarımız onu görmədən keçirlər. Belə olmaz, mif dağılmalıdır. Digər məsələ kitablarımızı, bayrağımızı, şəhərimizi bəziyən 8 güşəli ulduzun anlamı nədir? Mənasını, fəlsəfəsini bilmədiyimiz atributları ya dərsiklərdən çıxartmalıyıq, ya da onları mənalandırmağı bacarmalıyıq. Bu ulduz da ilahi mənşəli deyil, şagirdlərimizə onun yaranmasının fəlsəfəsini izah etməyi borcluyuq.
 
Elm günü (Elm-23) ərəfəsində xoş təsadüflə qarşılaşdım. Belə ki, СПб (Leninqrad) A.F.İoffe adına Fizika Texnika İnstitunun əməkdaşı, əvvələr tanımadığım Pavel Babenkodan bir elektron məktub aldım. Məktubla göstərilirdi ki, 55 il öncə çap etdirdiyim elmi məqalə (Аскеров Ш.Г. Сена Л.А.“Исследование катодного распыления металлов медленными ионами ртути»,Физика Твердого Тела,1969. т.11. в.6. стр.1591-1597) yenidən çap edilibdir. 
Bir neçə gündən sonra Pavel Babenkodan ikinci məktub aldım. Bu məktubda da dəyərli Pavel Babenko 54 il öncə çap olunmuş ikinci məqaləmi də (Аскеров Ш.Г, "О характере зависимости коэффициента распыления от энергии ионов в припороговой области". Физика Твердого Тела. 1970. т.12. в.2. стр. 660-661. Краткие сообщения) yenidən çap edibdir. Çox sağ olsun. Necə deyərlər, zər qədrini zərgər bilər.
Bu hadisə bir daha təsdiqləyir ki, maddi dəyərləri zaman aşlaya blər. Kataklizmalar maddi dəyərləri yox edə bilir, ancaq mənəvi dəyərlərə gücü çatmır. Həqiqi elmi nəticələri zaman aşılaya bilmir. Çünki elmi nəticələr mənəvi dəyərdi.
Sonda elm günü münasibəti ilə ölkəmizdə alim adını və şırəfini qoruyan hər kəsi  səmimi qəlbdən təbrik edirəm və arzu edirəm ki, onlar ölkəmiz üçün zamanın aşılaya bilməyən elmi nəticələrə nail olsunlar!
   
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar