Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Hər şey məktəb üçün deyil, həyat üçün öyrədilməlidir”- Nadir İsrafilov

Tarix: 28-03-2024 19:38     Baxış: 3248 A- / A+
Nadir İsrafilov

“Nümunələrdən deyil, yalnız istək və tövsiyələrdən ibarət olan təhsil zəif təhsildir.”

Təhsilimiz klassik pedaqogikadan bir növ ayrı düşüb, desəm bəlkə də mənimlə razılaşanlar da az olmaz. Bir çox hətta ali pedaqoji təhsilli gənclərimiz hələ də bilmirlər ki, bu günki təhsil Sokrat, Aristotel, Platon, Seneka kimi antik filosofların, Makarenko, Komenski, Uşinski, Suxomlinski, Pestalotsi kimi nəhəng pedaqoqların, Hovard Qardner, Maykl Oukşot, Con Gudled, Martin Haydeqqer, Xuan Orteqa, Con Dyui, Lüdviq Vitgenşteyn, Yurqen Habermass kimi post modernistlər, filosof və pedaqoqların çiyinləri üzərində inkişaf edib.
"Balıqlar suya, ağaclar meşəyə, otlar çəmənliyə toplaşdığı kimi, uşaqlar da məktəbə toplaşmalıdır” və yaxud "Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyə etsək, onlar dahi olaraq böyüyərlər”, "Mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna, səsi – eşitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı – dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun” deyirdi Çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi Yan Amos Komenski.
Bu məşhur çex pedaqoqun hesabına müasir uşaqlar parta arxasında əyləşir, qiymət alır və ev tapşırıqlarını yerinə yetirirlər. Yan Amos Komenski sinif - dərs sisteminin banisi hesab olunur. Üç əsr bundan qabaq Komenski anlayıb ki, məktəbin və təhsil sisteminin yaradılması gələcək nəsilləri humanizm ruhunda yetişdirməyə kömək edəcək. Təhsil aləmində Yan Komenski individual tədrisi, sinif-dərs tədrisi sisteminə dəyişib. Komenski təhsilin keyfiyyəti naminə müəyyən olunmuş planın və müvafiq təşkilatın olması haqqında nəzəriyyə irəli sürüb. O, uşaqların 6 yaşından təhsilə cəlb olunmasını və həmçinin müntəzəm şəkildə təhsil müəssisəsinə getməyini, şagirdlərin bilik səviyyəsinin ölçülməsi tədbirlərinin həyata keçirilməsini təkid edib. Gənc nəsil bunları niyə bilməməlidir ki...?
Digər dahi pedaqoqlardan da belə ibratəmiz faktlar barədə kifayət qədər nümunələr gətirmək olar. Çünki, gənc nəslin görkəmli şəxsiyyətlərin pedaqoji irsini öyrənmələrinə böyük ehtiyac var. Əbəs yerə deyil ki, Artur Şopenhauer "Ağlım mənə deyil, dünyaya aiddir” – deyirdi... Komenski nədən birdən yadıma düşdü...? Sən demə, bu gün onun doğm günü imiş. Uşaqlara "Belə eləmə" az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə” qənaətinə gələn, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən Maksim Qorki də bu tarixdə, yəni martın 28-də dünyaya gəlib. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar