Xəbər lenti
YAP Kəlbəcər rayon təşkilatının bayram tədbiri - Şəkillər
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon Təhsil sektorunun Kəlbəcər rayon 14 saylı orta məktəbi üzrə YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatında Novruz bayramına həsr olunmuş tədbir kecirildi.
MANEVR.AZ xəbər verir ki, tədbirdə məktəbin müəllim-şagird kollektivi iştitak edirdi. Məktəbin direktoru YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatının sədri Mərziyyə Baxşəliyeva ilk önçə Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz bayramı həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Mərziyə Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Prezident İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından, Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bir çox mənəvi sərvətimiz kimi, Novruz bayramının da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs edib.
Məktəblilərin təqdimatında Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Novruz bayramına, xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalara, siniflərin nümunəvi çıxışlarına tamaşa edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar