Xəbər lenti
İdrak liseyində “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı festival keçirilib
Açıq havada keçirilən tədbirdə Novruz Bayramı işğaldan azad olunmuş bölgələrimizin tarixi keçmişi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə birgə təqdim olunub. 5-9-cu sinif şagirdlərinin hazırladığı stendlərdə işğaldan azad olunmuş bölgələrimizin milli-mənəvi irsi nümayiş olunub. Tədbirdə tanınmış təhsil eksperti Nadir İsrafilov, Azərbaycan Valideyn-müəllim Assosasiyasının İcraçı direktoru Şahin Rəcəb, media nümayəndələri və valideynlərin böyük bir qrupu iştirak etmişlər.
Manevr.az xəbər verir ki, tədbir İdrak liseyinin təsisçisi, professor Mönsüm Alışovun açılış nitqi ilə başlayıb. Tədbirdə Millət vəkilləri Tahir Rzayev, Ceyhun Məmmədov və jurnalist Jalə Həsənli çıxış edərək, festival iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edib, firavanlıq və xoş günlər arzulayıblar. Bildirilib ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazilərinin tam suverenliyinə nail olmuş Azərbaycanda qeyd edilir. Uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsini Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinə, güclü iradəsinə və qətiyyətinə, müzəffər və yenilməz ordumuzun şücaətinə borcluyuq.
Novruz adət-ənənələrini canlandıran və müxtəlif bölgələrimizi tərənnüm edən guşələrə baxış keçirilərkən qeyd olunub ki, təşkil olunan “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı milli-mənəvi dəyərlərimizə, tariximizə, köklərimizə nə qədər bağlı olmağımızın bariz nümunəsidir.Tədbirdə işğaldan azad olunmuş bölgərimizin milli-mənəvi dəyərlərinin təbliği, həmçinin onların təqdimatı və tariximizin zənginliyinin aşılanmasında göstərilən xüsusi əməyə görə şagirdlər münsiflər heyətinin qiymətləndirilməsi ilə müxtəlif nominasiyalar üzrə təltif olunublar. Ən yaxşı təqdimat nominasiyası üzrə: I yerə – Şuşa şəhər komandası, II yerə – Zəngilan rayon komandası, III yerə – Cəbrayıl rayon komandası layiq görülüb.
Qarabağ komandası – “Ən zəngin məzmunlu tarixi fakt” nominasiyası, Ağdam rayon komandası – “Ən yaxşı dekorasiya” nominasiyası, Kəlbəcər rayon komandası – “Ən yaxşı komanda ruhu” nominasiyası, Füzuli rayon komandası – “Ən yaxşı təqdimat” nominasiyası, Qubadlı rayon komandası – “Folklor və milli adət-ənənələr” nominasiyası, Laçın rayon komandası - “Gənc nəsil və milli dəyərlər” nominasiyası üzrə qalib elan olunub.
Tədbir bir daha onu göstərdi ki, Novruz bayramı ölkəmiz və xalqımız üçün yalnız bayram deyil, eyni zamanda, vüqarımızın rəmzi, milli soykökümüzün parlaq nişanəsi, keçmişimizin obrazlı ifadəsi, gələcəyimizin mayakıdır. Novruz bizim varlıq düsturumuzdur, əbədiyaşarlıq salnaməmizdir, azadlıqsevərliyimizdir, mübarizliyimizdir. Artıq bütöv Azərbaycana ilk bahar gəlir! Elimizin, obamızın, ölkəmizin bayramı mübarək olsun !
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar